UNESCO-nun Baş direktoru xanım İrina Bokova Azərbaycan Xalça
Muzeyində olub
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak etmək üçün Bakıda səfərdə
olan UNESCO–nun Baş direktoru xanım İrina Bokova Azərbaycan
Xalça Muzeyini ziyarət edib.
AZƏRTAC
xəbər verir ki, xalqımızın qədim
xalçaçılıq sənəti, onun maddi-mədəni
irsi, adət-ənənəsi ilə yaxından tanış
olan İ.Bokovada muzey binasının orijinal
görünüşü, qeyri-adi ekspozisiya, zallarının
quruluşu xoş təəssürat oyadıb. Muzeydə sərgilənən
Azərbaycan kəlağayıları da qonağın
xüsusi marağına səbəb olub.
Sonda
Azərbaycan mədəniyyətinə böyük diqqət və
maraq göstərən qonağa qədim çeşni əsasında
muzeydə toxunmuş Qarabağın “Çələbi”
xalçası və Muzeyin Sertifikatı hədiyyə edilib.
Qeyd
edək ki, 2010-cu ildə “Azərbaycan Respublikasında ənənəvi
Azərbaycan xalça sənəti” Bəşəriyyətin
qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ
Siyahısına, 2014–cü ildə isə “Azərbaycan kəlağayı
sənəti” UNESCO–nun qeyri-maddi mədəni İrsi üzrə
Reprezentativ Siyahısına daxil edilib. Bununla da artıq
bütün dünya Azərbaycanı
xalçaçılıq və kəlağayı sənətinin
beşiyi kimi tanıyır.
Azərbaycan.-2015.- 19 may.- S. 5.