REGİONLARI DOLAŞAN MƏŞƏL

 

I Avropa Oyunlarının “Atəşgah”dan götürülən məşəli regionlarımızı dolaşır. Şəhərlərimiz, rayon mərkəzlərimiz nüfuzlu qitə yarışmasının alov estafetini bir-birinin ardınca qəbul edirlər. Hamısı da çalışır ki, bu qürur doğuran tədbirə daha özəlliklə, daha təmtəraqla, daha kütləviliklə qatılsın. Artıq estafeti qəbul etmiş bölgələrimizin timsalında demək mümkündür ki, onlar buna nail olurlar da.

Əslində, başqa cür mümkündeyil! Təbii ki, söhbət təkcə ilk Avropa Oyunları Təşkilat Komitəsinin yarışlara ciddi hazırlığından, tədbirlərin günbəgün, saatbasaat hesablanmasından, əlaqədar bütün qurumların saat mexanizmi kimi işləmələrindən, məsuliyyətlərini dərindən dərk etmələrindən getmir. Söhbət həm də regionlarımızın Avropa idmanı məşəlini qəbul etmək üçün abadlığından tutmuş sosial-iqtisadi inkişafınacan müasir durumundan gedir.

Həqiqətən, bu gün qoca qitənin zəngin ənənəyə malik idmanının ilk məşəlinin şölələndiyi regionlarımız artıq əvvəlki kimi geridə qalmış əyalətlər deyillər. Əksəriyyətimizin unutmadığı dünəni və yaşadığı bu günü müqayisə edək: sovetdən qalmış bütün infrastrukturun dağıldığı şəhər və rayon mərkəzləri indi müasirlik, səliqə-sahmanlıq sarıdan bir-birlərindən geri qalmırlar. 10-15 il əvvəl dalınca yaxın-uzaq ölkələrə üz tutan region əhalisi bu gün ona yaşadığı ərazidə təklif olunan hər işi bəyənmir. Keçmişdə bircə dağılmamış küçəsi, yolu olmayan bölgələrimizdə artıq kənd yolları müasir tələblər səviyyəsində çəkilir. Əvvəllər olan-olmaz müəssisələrinin qapılarından qara qıfıl asılan rayon mərkəzlərində indi hətta xaricə məhsul ixrac edən yeni istehsal sahələri yaradılır. Yaxın keçmişdə evləri, təhsil və səhiyyə ocaqları yalnız odunla qızdırılan bölgələrin indi ən ucqar dağ kəndlərinə belə təbii qaz verilir. Və nəhayət, dünən adi işığa həsrət qalan regionlarımızda bu gün I Avropa Oyunlarının məşəli alovlanır.

Bu müqayisəni davam etdirmək də mümkündür. Amma ehtiyac yoxdur. Çünki görünən dağa bələdçi lazım olmadığı kimi, regionlarımızın son illər bütün sahələr üzrə inkişafını da bir-bir sadalamağa ehtiyac yoxdur. Hamısı göz qabağındadır. Kimin nə deməsindən asılı olmayaraq onları inkar etmək, sadəcə, mümkün deyil.

Mümkün olmayan həm də bu inkişafın hamının gözü qarşısında baş verməsidir. İlk dəfə Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasından az sonra regionların sosial-iqtisadi inkişafı barədə imzaladığı fərmandan çox vaxt keçməyib. Təxminən 11 il əvvəl imzalanmış həmin fərmanla “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq olunmuşdur. Bu sənəd ölkənin yeni inkişaf mərhələsinin başlanğıcı idi. Həmin mərhələnin ünvanı və subyekti isə bölgələr idi. Sonradan daha iki regional inkişaf proqramı qəbul ediləcək. Lakin regionların böhrandan qurtularaq inkişaf yoluna çıxması məhz ilk proqramda qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində mümkün olmuşdur. Başqa sözlə desək, 2004-2008-ci illərdə bölgələrimizdə görülən işlər regionlarımızın bugünkü inkişafının bünövrəsidir. Bu bünövrə qeyri-neft sektorunun əsasən regionlarda inkişaf etdirilməsindən, bölgələrin tarazlı tərəqqisinin təmin olunmasından, paytaxtdan başqa digər şəhər və qəsəbələrin kommunal xidmət və sosial infrastrukturunun yenilənməsindən, müasir müəssisələr istifadəyə verməklə iş yerlərinin açılması və bununla, rayon əhalisinin güzəranının yaxşılaşdırılmasından və həyat səviyyəsinin yüksəldilməsindən və s.-dən ibarətdir. İlk dövlət proqramının icrası həm də bütünlükdə Azərbaycanın, o cümlədən regionların sonrakı inkişafı üçün yol açaraq əlverişli şərait yaratdı. Çünki  sənədin qəbulundan ötən 5 il ərzində ölkənin qarşısında duran vəzifələr dəyişmişdi. Artıq qeyri-neft sektorunun inkişafının sürətlənməsi, iqtisadiyyatın diversifikasiyası, ərzaq təhlükəsizliyinin təminatı, neft-qazdan asılılığın azaldılması, əhalinin maddi durumunun daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi və s. kimi mühüm məsələlər gündəmdə idi.

Bu səbəbdən Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olundu. Sayca ikinci olan həmin proqramdam irəli gələn vəzifələrin icrası nəticəsində ölkənin makroiqtisadi göstəriciləri və əhalinin həyat səviyyəsi xeyli yüksəldi, regionlardakı inkişaf şəhər və rayon mərkəzlərindən qəsəbə və kəndlərə keçdi. Onların elektrik enerjisi ilə təminatı qaydaya salındı və təbii qazla təchizatına başlandı, bir çox yerlərdə yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikildi, məhsul istehsalçılarına dövlətin maddi dəstəyi gücləndirildi, onlar üçün tətbiq olunmuş güzəştlərin davam etdirilməsinə qərar verildi, kənd əhalisinin yol, su probleminin həlli üçün tədbirlər görüldüs.

Bütün görülən bu işlərin əsas təkanverici qüvvəsi isə Prezident İlham Əliyevin regionların inkişafını, bölgələrdə həyata keçirilən tədbirləri daim diqqətdə saxlaması idi. Təkcə bir fakt: sözügedən hər iki regional inkişaf dövlət proqramının icrası dövründə - 10 ildə Prezident şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 240 sərəncam imzalamışdır. Dövlət başçısının yerlərdəki vəziyyətlə birbaşa tanış olmaq üçün regionlara etdiyi səfərlərinin sayını isə hesablamaq mümkün deyil. Demək olar, hər ay bir neçə dəfə reallaşan bu səfərlərdə Prezidentin müxtəlif təyinatlı obyektlərin açılışını etməsi və bünövrəsini qoyması da çoxdan ənənəyə çevrilmişdir. Ona görə də bu gün ölkənin elə bir bölgəsi yoxdur ki, orada cənab İlham Əliyevi səbirsizliklə gözləməsinlər.

Ümumiyyətlə, 2004-2014-cü illərdə icra olunan regional inkişaf dövlət proqramlarının icrası Azərbaycanın sosial-iqtisadi mənzərəsini xeyli dəyişmişdir. Bu dövr ölkə üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı 3,2, adambaşına düşən ÜDM-in həcmi 2,8, qeyri-neft sektoru 2,6, dövlət büdcəsinin gəlirləri 16, orta aylıq əməkhaqqı 5,5, pensiya 9,6, minimum maaş 11,7, xarici ticarət dövriyyəsi 6,6, ixrac 9,3, o cümlədən qeyri-neft məhsullarının ixracı 4,7, strateji valyuta ehtiyatları 31 dəfə artmışdır. Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyəti indeksi 2013-2014” hesabatında dünyada 39-cu, MDB-də 1-ci olmuş, ilk dəfə “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr sırasına daxil edilmişdir. Nüfuzlu reytinq agentlikləri - Fitch Rating, Standart & Poo's, Moody's Azərbaycana investisiya reytinqi vermişdir. Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda investisiya reytinqinə malik yeganə ölkədir.

İnvestisiyadan söz düşmüşkən, maraq doğuran başqa bir fakt: əgər 2003-cü ildə ölkə iqtisadiyyatına qoyulan investisiyanın yalnız 26,8 faizi daxili sərmayələr idisə, 2013-cü ildə həmin rəqəm 62,5 faizə çatmışdır. Ümumilikdə 2004-2013-cü illərdə daxili investisiyalar 14,6, qeyri-neft sektoruna yatırılan sərmayələr 13 dəfəyə yaxın artmışdır. Bu müddət ərzində regionların inkişafına yönəldilən vəsaitin həcmi isə 50,7 milyard manat olmuşdur.

Elə isə regionların inkişafını əks etdirən digər məlumatlar: bölgələrin iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında məhsul istehsalı sözügedən dövr ərzində 1,5 dəfə, o cümlədən taxıl istehsalı təxminən 44 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, Ağcabədi Beyləqan rayonlarında iri taxılçılıq təsərrüfatları yaradılmış həmin təsərrüfatlarda hər hektarın məhsuldarlığı 55 sentnerə çatmışdır. Hazırda ölkənin başqa bölgələrində - Hacıqabul, Xaçmaz, Cəlilabadda da belə təsərrüfatların yaradılması istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Bundan əlavə, aqrar sektorda istehsalçılarla emal müəssisələri arasında əlaqəni möhkəmləndirmək, fermerlərin dövlətin dəstəyindən daha səmərəli istifadə etmələri üçün regionlarda 50 başlıq südlük cins qaramal təsərrüfatları da yaradılır.

Bütün bu və digər tədbirlər heç şübhəsiz, ilk növbədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatına xidmət edir. Və etiraf edək ki,  bu sahədə son illər az işlər görülməyib. Məhz həmin işlərin nəticəsidir ki, hazırda Azərbaycan özünün mal ətinə olan tələbatını 87, qoyun ətinə 97, quş ətinə 98, yumurtaya 100, südsüd məhsullarına 76, taxıla 60, üzümə 98, kartofa 90, bostana 100, meyvəyə 120, tərəvəzə 103, şəkərə 170 faiz ödəyir. Lakin  özlüyündə heçaz olmayan bu rəqəmlər dövlət başçısını qane etmir. Prezident qarşıya bütün əsas ərzaq məhsulları üzrə daxili tələbatı yalnız yerli istehsal hesabına ödəmək kimi vacib vəzifə qoymuşdur: “Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik”.

Amma Azərbaycanın geridə qalan əyalətlərinin bu gün müasir regionlara çevrilməsinin səbəbini təkcə aqrar sektorun inkişafında görmək sadəlövhlük olardı. Çünki son 11 ildə bölgələrin böyük-kiçikliyindən asılı olmayaraq bütün yaşayış məntəqələrinin görkəmi dəyişib. İndi kəndlərimiz qəsəbəyə, qəsəbələrimiz şəhərə bənzəyir. Hara gedirsən, abadlıq, yenilik, səliqə-sahman, gül-çiçək. Dünənki ərazini bu gün tanımaq olmur. Adi məsələ deyil, regionların inkişafı ilə bağlı artıq 3-cü dövlət proqramı icra olunur. Keçən il qəbul olunmuş bu proqramın bir illik icrasının nəticələrinə Prezidentin iştirakı ilə yekun da vurulub. Həmin nəticələrə nəzər salaq: 2014-cü ildə təkcə dövlət başçısının bölgələrə 23 səfəri zamanı 120-yə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimi olub. İl ərzində Prezident region əhalisinin qaldırdığı problemlərin həlli üçün 270 milyon manat vəsait ayrılması ilə bağlı 72 sərəncam imzalayıb. Ümumiyyətlə, 2014-cü ildə bölgələrin inkişafına bütün mənbələrdən 4,5 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlər hesabına 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolları çəkilib, 30 yeni körpü və yolötürücüləri tikilib, 960 min nəfər əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən ümumilikdə 1300 kilometr kənd yolları inşa edilib və yenidən qurulub. 2014-cü ildə həmçinin regionlarda 155 məktəb binası, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər istifadəyə verilib, məcburi köçkünlər üçün 7 yeni şəhərcik salınıb və bu hesaba 4450 ailənin 22 min üzvünün yaşayış tərzi yaxşılaşıb. Əlillər və şəhid ailələri də unudulmayıb - onlar üçün 5 yaşayış binası tikilib.

Bunlardan başqa, “Sənaye iliolmuş 2014-cü ildə regionlarda 105 sənaye müəssisəsi fəaliyyətə başlayıb ki, onların da hamısı qeyri-neft sektoruna aiddir. Yeri gəlmişkən qeyd edək ki, keçən il ölkənin qeyri-neft sənayesi 9 faiz artmışdır. Xüsusən son illər regionlardakı sənaye müəssisələrinə verilən güzəştli kreditlərin həcmi artır. Məsələn, təkcə keçən il sahibkarlıq subyektlərinə 295 milyon manat güzəştli kreditlər verilib ki, onların da 78 faizi regionlarda fəaliyyət göstərir. 5560 sahibkarın aldığı bu kreditlər hesabına ötən il bölgələrdə 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilib. Ümumilikdə 2014-cü ildə regionlarda 4400 müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı isə 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Təbii ki, bütün bunlar həm də yeni yerləri deməkdir. Onların sayı isə artıq yüz minlərlə hesablanır. Məsələn, yalnız ötən il Azərbaycanda təxminən 123 min yeni   yeri açılıb ki, onların da əksəriyyəti bölgələrdədir.

O bölgələrdə ki, bu gün onlar növbə ilə ilk Avropa Oyunlarının məşəlini qəbul edirlər. O bölgələrdə ki, vaxtilə adi top qovmağa yer tapmayan uşaqların, yeniyetmələrin, gənclərin ixtiyarına bu gün müasir olimpiya idman kompleksləri, idman qurğuları, zalları, stadionlar verilib. Bu hesaba regionlarımızda müxtəlif idman növləri üzrə neçə-neçə gəncimiz çempionmedal sahibi olub. İndi onlar bir-birlərinə mötəbər qitə yarışlarının məşəlini ötürürlər və ötürdükcə də bu nüfuzlu oyunların ilk dəfə Azərbaycanda keçirilməsindən, onun alovunun bir parçasını əllərində tutduqlarından qürur hissi yaşayırlar.

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2015.- 19 may.- S. 7.