“Dialoq transformasiya
vasitəsi kimi”
Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq transformasiya vasitəsi kimi. Zorakı ekstremizmə qarşı mübarizə: dini plüralizmin təşviqində və ümumi rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzusunda ikinci plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, plenar iclasın təşkilatçısı BMT-nin Sivilizasiyalar Alyansı, moderatoru isə Sivilizasiyalar Alyansının katibi Nihal Saad olub.
İclası BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser açıb.
Nassir Abdulaziz Al-Nasser deyib: “Radikal ekstremizm müasir dövrün qlobal problemidir. Həm dünya, həm də dini liderlər,
siyasətçilər, ictimai
xadimlər şərin
bu təzahürünə
qarşı mübarizə
aparmaq naminə birləşməlidirlər”. Onun sözlərinə görə,
radikal ekstremizmə qarşı mübarizə
mürəkkəb məsələdir.
Odur ki, şərə qarşı vahid mübarizə strategiyasının
müəyyən edilməsinə
çox ciddi yanaşmaq lazımdır.
Natiq vurğulayıb ki, terrorizmə qarşı qlobal mübarizə strategiyası təqdim etməsi BMT-nin böyük nailiyyəti olub.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
deyib: “Bütün ənənəvi dinlərin
nümayəndələri mövcud
münaqişələrin həllinə
və yenilərinə
yol verilməməsinə,
xalqlar və dövlətlər arasında
dostluğun və əməkdaşlığın inkişafına yönəlmiş
sülhməramlı fəaliyyətlərindən
danışırlar. Deməli, dini
icmalar, onların liderləri və təmsilçiləri dünya
ictimaiyyətinin mühüm
tərkib hissəsidir,
sülhün və təhlükəsizliyin təmin
olunması vəzifəsi
onların çiyinlərinə
düşüb”.
HR Ofisinin Kabinet rəhbəri, səfir Tariq
əl-Ənsari, Abuja Baş
Yepiskopu, kardinal Con Onaiyekan, Avropa Kilsələr Konfransının
vitse-prezidenti Metropolitan Emmanuel, Sülh naminə Dinlər Birliyinin baş katibi Vilyam F.Vendley, ATƏT-in Antisemitizmə qarşı
Mübarizə üzrə
xüsusi nümayəndəsi
ravvin Endryu Beyker, UNESCO-nun İcraçı
Şurasının sədri,
Misirin UNESCO yanında
daimi nümayəndəsi,
səfir Məhəmməd
Sami Əmir və başqaları vurğulayıblar
ki, terrorizmə və radikal ekstremizmə qarşı mübarizədə dini liderlərin çiyinlərinə
böyük məsuliyyət
düşür. Bu gün terrorizm və zorakı ekstremizm bütün cəmiyyətlərimizi narahat
edir. Təəssüf ki, radikal ekstremist dairələrin qurbanları çox vaxt müasir gənclər olur.
Natiqlər bildiriblər ki, BMT Təhlükəsizlik Şurası
(TŞ) beynəlxalq səviyyədə
terrorizmə qarşı
mübarizə aparmaq məqsədi ilə səylər göstərir. Ötən ilin
sentyabrında TŞ çərçivəsində
terrorizmin yayılmasının
qarşısının alınması
üzrə fəaliyyət
planı qəbul edilib. Bu plan vətəndaşların terrorçulara
qoşulmaq məqsədilə
bu və ya digər dövlətlərin
ərazilərindən keçməsinin
qarşısını almaq
üçün müxtəlif
ölkələr ilə
əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Radikal ekstremizmə qarşı mübarizədə səylərin
birləşməsi əsas
vəzifəmizdir.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı plenar iclasda çıxışında
deyib: “Bakı Forumu tarixi hadisədir.
Bu mövzu çox
aktualdır. Biz belə
bir suala cavab tapmalıyıq: nə üçün dini radikalizm və ekstremizm yaranır? Onların aradan qaldırılması
üçün biz nə
edirik? Bunun həm dini, həm siyasi, həm də sosial səbəbləri
var. Tarixə müraciət
etsək görərik
ki, din birbaşa siyasətə müdaxilə
etdiyi zaman radikalizm və ekstremizm çalarları əldə edir. Dövlət
teokratik hakimiyyət formasına çevrilir.
Din, əxlaq və
vicdan azadlığı
anlayışı kimi
qalsaydı, insanlar din
pərdəsi altında
bir-biri ilə mübarizə aparmazdılar”.
M.Qurbanlı qeyd edib ki,
bu gün ayrı-ayrı dinlərin
daxilində də mübarizə gedir. Onun fikrincə,
diqqəti dini maarifləndirmə və təhsil məsələlərinə
yönəltmək lazımdır.
Nadanlıq və savadsızlıq
olan yerdə mütləq radikalizm və onun fəsadları
yaranır.
M.Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycan
dini tolerantlıq nöqteyi-nəzərindən nümunəvi
ölkə sayılır. Dövlət
büdcəsindən hər
il müxtəlif
dini icmalara yardım ayrılır. Azərbaycan əhalisinin 96 faizi müsəlman, yalnız 4
faizi digər dinlərin nümayəndələridir.
Buna baxmayaraq, ölkədə bütün
dinlər üçün
bərabər şərait
yaradılıb, xristian
məbədləri və
kilsələr, sinaqoqlar
inşa edilir və bərpa olunur. Dövlət Komitəsinin sədri
bildirib ki, müxtəlif mədəniyyətlərin
və dinlərin nümayəndələrinə tolerantlıq, dözümlülük
və hörmət hissləri aşılamaq üçün əhali arasında geniş maarifləndirmə işləri
aparılır. Əhalinin dini
problemlərinin açıq
müzakirə edildiyi
və həll olunduğu dialoq məkanları yaratmaq missiyasına xidmət edən dini birliklər və din xadimlərinin klubları ilə əlaqələr üzrə ictimai şuralar fəaliyyət göstərir.
Sonda iclas iştirakçılarının sualları cavablandırılıb.
Plenar iclasdan sonra forum işini seminarlarla davam etdirib.
Azərbaycan.-2015.-
19 may.- S. 10.