Tacikistanın folklor kollektivi Azərbaycanda keçiriləcək
beynəlxalq festivalda iştirak
etməkdə maraqlıdır
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak edən Tacikistanın mədəniyyət
naziri Şamsiddin Orumbekov mayın 18-də Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə ölkələrimiz
arasında mədəni sahədə əlaqələrin daha
da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Xalqlarımızın
mədəniyyətlərinin zənginliyini, qədimliyini və
yaxınlığını qeyd edən Əbülfəs
Qarayev Azərbaycan-Tacikistan münasibətlərinin
bütün sahələrdə ənənəvi inkişaf
etdiyini söyləyib. Azərbaycanın mədəniyyət və
turizm naziri vurğulayıb ki, Tacikistan mədəniyyət tədbirlərində
fəal iştirak edir onun dünya mədəniyyətinə
verdiyi töhfələr təqdirəlayiqdir.
Şamsiddin
Orumbekov öz növbəsində tacikistanlıların Azərbaycan
mədəniyyətinə sonsuz sevgisindən
danışıb. Bildirib ki, Tacikistanda Azərbaycan mədəniyyətinə,
incəsənətinə həsr edilmiş silsilə tədbirlər
təşkil olunur. Bu günlərdə Düşənbədə
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü münasibətilə sərgi
açılıb.
Tacikistanın
mədəniyyət naziri ölkəsinin folklor kollektivinin Azərbaycanda
keçiriləcək beynəlxalq folklor festivalında
iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə,
həmçinin kukla teatrları arasında əməkdaşlıq
əlaqələrinin genişləndirilməsinin zəruriliyindən
və Nizami Gəncəvi irsinin təbliği ilə
bağlı müştərək layihənin
reallaşdırılmasından bəhs olunub.
Azərbaycan.-2015.- 19 may.- S. 12.