İtaliyalı heykəltəraş-rəssam
müəllifi olduğu kompleksi
Bakıda reallaşdırmaq istəyir
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak edən italiyalı heykəltəraş-rəssam
Poli Albano mayın 18-də Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə mədəni sahədə
əməkdaşlıq əlaqələrindən söz
açılıb.
Poli
Albano Verona şəhərində müəllifi olduğu
kompleks barədə məlumat verib. O, kompleksin maketini nazirə
göstərərək bildirib ki, burada iki ölkənin mədəni
yaxınlığı, böyük söz dühaları -
Nizami və Şekspir sənətinin əlçatmazlığı
öz əksini tapıb.
Qonaq
vurğulayıb ki, hər il bu kompleksi 25 milyon turist ziyarət
edir və onun Bakıda da reallaşdırılması Azərbaycana
turist axınını artıra bilər.
Nazir
öz növbəsində Bakıda aparılan restavrasiya
işlərində İtalyan sənətkarlarının
yaxından iştirak etdiyini vurğulayıb. Bildirib ki,
paytaxtdakı bir sıra mədəniyyət ocaqlarının əsaslı
təmirində italyan sənətkarlarının da əməyi
var.
Ə.Qarayev
deyib ki, bu kompleksin Azərbaycan paytaxtında yaradılması
böyük rezonansa səbəb ola bilər.
Görüş
əsnasında qonağa Bakıda keçiriləcək
birinci Avropa Oyunları barədə geniş məlumat verilib.
Azərbaycan.-2015.- 19 may.- S. 12.