Azərbaycanın beynəlxalq nüfuzumövqeyi ildən-ilə möhkəmlənir

 

Gələn ay Azərbaycan Avropanın və dünyanın idman tarixində çox mühüm yeri olacaq ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsində çalışan peşəkar komanda çox qısa müddətdə öz işini yekunlaşdırıb. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur, amma Azərbaycan bu işin öhdəsindən cəmi 2,5 il ərzində gəlib.

Çox təəssüf ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri-obyektiv şəkildə bu Oyunları siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışırlar. Biz bu kampaniyanın əvvəllər də, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi vaxtda şahidi olmuşuq. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Bu, ilk növbədə onunla əlaqədardır ki, Azərbaycan öz milli maraqlarına uyğun tam müstəqil siyasət həyata keçirir, heç bir qüvvənin və ya ölkənin iradəsinə baş əymir. Bu isə həm də ona dəlalət edir ki, müxtəlif təzyiq qruplarının, siyasiiqtisadi dairələrin, qurumların Azərbaycanda bizim milli maraqlarımıza zidd olan özəl maraqları təmin olunmurbu da həmin dairələrdə qıcıq, qisasçılıq hisslərinin yaranmasınabunun büruzə verilməsinə gətirib çıxarır.

Eyni zamanda, buqara piar” kampaniyası Qərbdə islamofob meyillərin güclənməsi, islama və müsəlman ölkələrinə qarşı ayrı-seçkilik, daxili işlərə kobud şəkildə müdaxilə, işğalçılıq siyasəti həyata keçirilməsi niyyətinə söykənir. Burada xüsusilə ermənipərəst dairələrin, erməni diasporunun maliyyələşdirdiyi siyasətçilərin fəallığını qeyd edə bilərik. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. İdman, Olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Kimin nəyi, necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun keçirib bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək.

Ona görə də biz belə məsələlərdə kimin bizə qarşı mövqeyi necədir və bunun səbəbləri nədən ibarətdir, bilməliyik. Şübhə yoxdur ki, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini və maraqlarını istənilən platformada ən yüksək səviyyədə müdafiə edir. Biz də vətəndaş olaraq cənab Prezidentin ortaya qoyduğu qətiyyətli, ardıcıl mövqeyə dəstək olmalıyıq. Siyasi mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.

Təəssüf ki, bəzən antiazərbaycançı kampaniyaya Avropa Şurası Parlament Assambleyasının bəzi üzvləri də dəstək verirlər. Belələri ölkəmizlə bağlı həqiqətdən uzaq, qərəzli, əməkdaşlığımızın ruhuna uyğun olmayan fikirlər səsləndirirlər. Azərbaycan bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, respublikamız öz tarixi, mədəni dəyərləri ilə Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verir.

Lakin bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunubbunlar daha çox bəzi şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını müvafiq qurumlara çatdırıb. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin. Şübhə yoxdur ki, bu kimi halların yaşanmasında da bəzi islamofob, ermənipərəst dairələrin təsiri altında fəaliyyət göstərən siyasətçilərin rolu olur. Özünə hörmət qoyan, ədalətli siyasətçilər bu kimi təxribatların fərqindədirlər və onlar Azərbaycanın yüksək inkişafını, demokratik prinsiplərə sadiqliyini hər zaman yüksək qiymətləndirirlər.

Antiazərbaycançı şəbəkə nə qədər dəridən-qabıqdan çıxsa da, Azərbaycanın Avropa Şurası və onun ayrı-ayrı strukturları daxilində uğurları kifayət qədərdir. Bu ilin aprel ayında mənim AŞ PA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi vəzifəsinə seçilməyim isə Azərbaycanın bu qurumdakı növbəti nailiyyətidir. Əlbəttə,  bunu Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin nəticələri fonunda qiymətləndirmək lazımdır. Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illər çox mühümgüclü regional amilə çevrilib. Burada önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəyliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. Təbii ki, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzumövqeyi də ildən-ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya tərəfindən açıq etiraf olunur. Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu da ondan irəli gəlir ki, Azərbaycanda həyata keçirilən və müxtəlif istiqamətləri əhatə edən çoxşaxəli islahatlar uğurlu nəticələr verir. Bu isə beynəlxalq ictimaiyyətin təqdir və dəstəyini qazanıb. Bu gün Azərbaycan nümayəndəsinin Avropa Şurası Parlament Assambleyasında belə bir vəzifəyə seçilməsi də bu reallığın daha bir təsdiqidir. Mənim bu vəzifədə əsas rolum qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində ictimaiyyətin, hökumətin və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması, bu istiqamətdə görülən işlərin koordinasiyası olacaq. Eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcəyəm. Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir.

Təbii ki, bu məsələdə ölkəmizdə uğurla həyata keçirilən gender siyasəti mühüm rol oynayıb. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas istiqamətlərindən birini təşkil edir. Ona görə də demokratiyanın inkişaf etdiyi, azad cəmiyyətlərdə bu məsələyə xüsusi diqqət yetirilir, bununla bağlı müxtəlif konvensiyaproqramlar icra olunur. Ölkəmiz də gender bərabərliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının möhkəmləndirilməsi yönündə aparılan islahatların mühüm komponentlərindən biri kimi çıxış edir. Azərbaycan qadını həmişə öz idarəsi və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıb. Heç də təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşıb. Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində mütərəqqi nailiyyətlər əldə olunub. Azərbaycanda məqsədyönlü gender siyasətinin aparıldığını göstərən ən önəmli məqamlardan biri bu sahəyə aid xüsusi dövlət proqramının qəbul olunmasıdır. Həyata keçirilən səmərəli gender siyasəti isə Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, Azərbaycan qadınları ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi aparırlar. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnəkdir.

Təbiidir ki, qadın siyasətinin həyata keçirilməsində dövlətin səyi və iradəsi ilə yanaşı, ictimai təşkilatların, siyasi institutların da ciddi fəaliyyət göstərməsi vacibdir. Bu mənada Yeni Azərbaycan Partiyasının təşəbbüsləri və təklifləri cəmiyyətimiz tərəfindən ciddi dəstək görür. Yeni Azərbaycan Partiyası qadınlarımızın siyasi fəallığının artırılması, idarəçilikdə rolunun gücləndirilməsi yönündə müxtəlif təşəbbüslər irəli sürür.

Ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Bu baxımdan Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbir ölkəmizin qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən əlamətdar hadisədir. Belə tədbirlər nəticəsində Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzəçarpan nümunəsi kimi dünyada tanınır. Ən əsası, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman yarışlarının, tədbirlərinin respublikamızda keçirilməsi də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir.

 

Sahibə QAFAROVA,

Milli Məclisin deputatı, AŞ PA-nın qadınlara qarşı

 zorakılıqla mübarizə üzrə baş məruzəçisi

Azərbaycan.-2015.- 19 may.- S. 13.