Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli
binada baş vermiş
yanğın ilə əlaqədar
Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2015-ci il mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş vermiş, nəticədə həlak olanlar və yaralananlar vardır.
Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:
1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri:
Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Zakir Qaralov - Azərbaycan
Respublikasının Baş
prokuroru
Eldar Mahmudov - Azərbaycan Respublikasının
milli təhlükəsizlik
naziri
Oqtay Şirəliyev - Azərbaycan
Respublikasının səhiyyə
naziri
Samir Şərifov -
Azərbaycan Respublikasının
maliyyə naziri
Səlim
Müslümov - Azərbaycan
Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
2. Dövlət Komissiyası:
- hadisənin baş
verməsi səbəblərini
və şəraitini
araşdıraraq onun nəticələrinin aradan
qaldırılması üçün
təxirəsalınmaz tədbirlər
müəyyənləşdirsin və həyata keçirsin;
- baş vermiş
yanğın nəticəsində
zərər çəkənlərin
əmlakına dəymiş
ziyanın 15 gün müddətində hesablanmasını
təmin etsin;
- hadisə nəticəsində
zərər çəkənlərə
və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin
etsin;
- yanğın nəticəsində xəsarət
alanların müalicəsini
təmin etsin;
- yaşayış binasının istifadəyə
yararlılıq vəziyyətini
araşdırsın və
onun sakinlərinin müvəqqəti yerləşdirilməsi
ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
- görülmüş işlər haqqında mütəmadi məlumat versin.
3. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin
araşdırılması və
təqsirkar şəxslərin
müəyyən edilərək
məsuliyyətə cəlb
edilməsi üçün
təxirəsalınmaz istintaq
tədbirlərini həyata
keçirsinlər.
4. Bu sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2015-ci il
Azərbaycan.-2015.-
20 may.- S. 2.