A.V.Əfəndiyevin Azərbaycan
Respublikasının İspaniya
Krallığında və
Andorra Knyazlığında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2015-ci il
Azərbaycan.-2015.-
20 may.- S. 2.