“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 716; 2009, ¹ 12, maddə 988; 2010, ¹ 11, maddə 966; 2013, ¹ 7, maddə 808; 2014, ¹ 7, maddə 819) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənddə “ikinci cümləsində,” sözlərindən sonra “24-2.1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;
2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin qanunun 24-1.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2015-ci il
Azərbaycan.-2015.-
20 may.- S.2.