“Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu

 

Rəsmi açılış mərasimindən sonra Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini plenar iclaslarda  seminarlarda davam etdirib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstan Milli Muzeyinin baş direktoru, professor David Lordkipanidzenin moderatorluğu ilə keçən “Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu  mövzusunda seminarı açaraq  bildirib ki, xalqımızın çoxəsrlik tolerantlıq, dinc yanaşı yaşamaq  mədəniyyəti  sivilizasiyalar arasında  münasibətlərin tənzimlənməsinə və inkişafına nümunə gətirilir.  Sevda Məmmədəliyeva  xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev  Avropaqonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il  dekabrın 2-3-də Bakıda keçirilən konfransındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında  dialoqun inkişaf etdirilməsini nəzərdə tutan  “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bir qədər sonra -  2009-cu il  oktyabrın 13-15-də  Bakıda  bu mövzuda keçirilən digər nüfuzlu beynəlxalq forumda - İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı çərçivəsində  baş tutan “Mədəniyyətlərarası dialoq  mövzusunda “dəyirmi masada  “Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı   rəsmi sənəd qəbul edilib.  Hazırda “Bakı prosesi  mədəniyyətlərarası  və sivilizasiyalararası  dialoq, multikulturalizm  məsələlərini ehtiva edir.

Gürcüstan Milli Muzeyinin baş direktoru, professor David Lordkipanidze, İRSİKA-nın  baş direktoru Halit Eren, Bakıda Avropa Şurası ofisinin rəhbəri Draqana Filipoviç,  Avstraliyanın “Cultural Infusion - School Incursions, Workshops & Events” təşkilatının  nümayəndəsi Piter Musaferiadis, Hindistanın Milli İncəsənət Mərkəzinin  böyük elmi işçisi Kişor Kumar Tripati, Romualdo del Bianko Fondunun vitse-prezidenti Karlotta del Byanko, “Task Forceun keçmiş üzvü Katerina Stenu, “QarabağFondunun icraçı direktoru Diana Altman və Yunanıstanın mədəniyyət nazirinin keçmiş müavini Angela Gereku bildiriblər ki, müasir, dəyişən və qloballaşan dünyada  mədəniyyətin təsiri daim artır və  bu da bütün dünya ictimaiyyətinə aydın olur.

Müasir mərhələdə qarşılıqlı beynəlxalq humanitar fəaliyyətin öz spesifikası olan mühüm aspektlərindən biri, heç şübhəsiz, beynəlxalq muzey əlaqələridir. Muzey əməkdaşlığı sahəsində dialoqun beynəlxalq aləmdə dövlətin müsbət obrazının formalaşmasına, dəstəklənməsinə və  möhkəmlənməsinə böyük təsiri var. Təsadüfi deyildir ki, muzeylər səviyyəsində beynəlxalq ünsiyyətin əhəmiyyəti dünya ölkələrinin əksəriyyətinin xarici siyasətində əks olunub. Onlar muzey əməkdaşlığını bu siyasətin prioritet  istiqamətlərinə çeviriblər.  Beynəlxalq əlaqələrin bu istiqaməti qarşılıqlı nüfuzetməyə, bundan çıxış edərək,  dünya xalqlarının qarşılıqlı mədəni əlaqələrinin zənginləşməsinə, beynəlxalq  mədəni münasibətlərin  fəallaşmasına, dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına, müxtəlif ölkələrin insanlarının mədəniyyət vasitəsilə birləşməsinə  kömək edir.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 20 may.- S. 6.