“Gənclər - sosial
dəyişikliyin təmsilçiləri kimi:
sülh və dialoq
proseslərinə töhfə verənlər”
Mayın 19-da “JW Marriot Absheron” otelində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Gənclər - sosial dəyişikliyin təmsilçiləri kimi: sülh və dialoq proseslərinə töhfə verənlər” mövzusunda seminar olub.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, BMT-nin Sivilizasiyalar Alyansının üzvləri Prissilla Bris, Conni Qerqes, Rama Şyam, Məhəmməd Şahzad, habelə Koventri Universitetinin professoru Özerdem Alpaslan (Böyük Britaniya) iştirak ediblər.
Seminarda müasir dövrdə müxtəlif mədəniyyətlərin, xalqların və dini etiqadların nümayəndələrinin ünsiyyət qurması və qarşılıqlı fəaliyyət göstərməsi ilə bağlı ortaya çıxan problemlərin həllində gənclərin rolu nəzərdən keçirilib, bu problemlərin həlli üçün müxtəlif yollar təklif edilib, perspektivlər və potensial çətinliklər müzakirə olunub.
AZƏRTAC
Azərbaycan.-2015.- 20 may.- S. 6.