Mədəniyyətlərarası dialoqda diniicma rəhbərləri ilə tərəfdaşlıq xüsusi önəm kəsb edir

 

Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaqmövzusunda  Üçüncü  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində  “Mədəniyyətlərarası dialoq naminə diniicma rəhbərləri ilə tərəfdaşlıq” mövzusunda seminar keçirilib.

UNESCO-nun təşkil etdiyi seminara bu qurumun Beyrut OfisininRegional Təhsil Bürosunun proqram mütəxəssisi Heqazi İdris moderatorluq edib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda dinin vəziyyətindən söz açaraq bildirib  ki, burada dünyanın böyük dinləri yayılıb, dini-etnik tolerantlıq anlayışı formalaşıb.

V.Məmmədəliyev deyib: “Azərbaycan  tarixən çoxmillətli və multikultural ölkə olub. Burada müsəlmanlarla yanaşı, xristianlar və yəhudilər yaşayıb, əsrlərin sınağından birlikdə çıxıblar.  Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri daim dinc yanaşı yaşayıblar  Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar tikilirinşa edilir. Əminlik hissi ilə deyə bilərəm ki, bizim model bir çox ölkələr üçün nümunə ola bilər”. V.Məmmədəliyev vurğulayıb ki, bugünkü  reallıqlar din xadimlərinin birgə səylərinə ehtiyac olduğunu təsdiq edir. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bütün xalqları narahat edən məsələlər müzakirə olunub.  Unutmaq olmaz ki, ortaq cəhətlərimiz fərqlərimizdən çoxdur.

V.Məmmədəliyev həm xristian, həm də müsəlman ölkələrində dini ekstremizm amillərinə toxunaraq deyib: “Biz belə halları pisləyirik və beynəlxalq tədbirlərdə bəyanatlar veririk.  Biz, erməni təcavüzündən zərər çəkmiş bir xalq kimi çıxış yolunu münaqişələrin sülh yolu ilə həllində görürük”. O, həmçinin bildirib ki, Bakı mədəniyyətlərarası dialoq dini liderlərin görüş yerinə çevrilib.  Bu da Azərbaycan Prezidenti İlham Əliyevin düzgün siyasi kursu, habelə Heydər Əliyev Fondunun  yorulmaz fəaliyyəti sayəsində mümkün olub.

Mədəniyyətlərarası dialoq üzrə mütəxəssis, Beyrut Universitetinin professoru Səlim əl-Sayeq  praktiki vasitə kimi islamda dialoqun yeni təfsirinin verildiyi proqramdan danışıb.

Yaxın Şərqdə Frankofon Universitetləri Assosiasiyasının direktoru Erve Saburen  qeyd edib ki,  təhsil, bir-birinə hörmət hissinin aşılanması  tolerantlığın, dialoqunsülhün mənbəyidir. Təqribən 800 universitetin, o cümlədən Azərbaycandan olan universitetlərin daxil olduğu Frankofon Universitetləri Assosiasiyasının regionlarda 68 nümayəndəsi var. Assosiasiya  dinlərarası və mədəniyyətlərarası  dialoq üzrə məqsədyönlü aparır. Həmin mövzu üzrə kurslar üçün proqram tərtib edilib və artıq 24 universitetdə fəaliyyət göstərir.

Kral Abdullah bin Əbdüləziz  adına Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Mərkəzin (KAICIID)  nümayəndəsi İbrahim əl-Əssiri  təmsil etdiyi qurumun fəaliyyətindən, əhəmiyyətli proqramlarından danışıb. O bildirib ki, mərkəzin  əsas vəzifəsi dialoqa və qarşılıqlı anlaşmaya, dinlərarası və mədəniyyətlərarası əməkdaşlığa kömək etməkdir.

Seminarda Livanın “Dar əl-İfta” Universitetinin şeyxi  Məhəmməd Nokari, UNESCO-nun Beyrut Ofisinin  Regional Təhsil Bürosunun layihə icraçısı Maysun Çehab çıxış ediblər.

 

AZƏRTAC

Azərbaycan .-2015.- 20 may.- S. 7.