Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında təşkil olunan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 19-da uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda fəal iştiraka görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, 100 ölkədən 500-dən çox nümayəndənin qatıldığı Forum günlərində 10-dan çox sessiya keçirilib. Ən vacib məsələ isə keçirilən sessiyalara və aparılan işgüzar müzakirələrə böyük marağın olmasıdır. Biz mədəniyyətlərarası dialoqdostluq məsələlərini daha dərindən bilmək və öyrənmək istədiyimizi bir daha nümayiş etdirməyə müvəffəq olduq, hamımız bir komanda kimi işlədik.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, UNESCO baş direktorunun sosialhumanitar elmlər üzrə müavini xanım Nada əl-Nəsif, Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof BaBöyük Britaniyanın Koventri Universitetinin İnam, SülhSosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi çıxış edərək belə bir mötəbər tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda sülhinkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb. Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsədlərdən olduğu bildirilib.

Natiqlər Forum çərçivəsində keçirilən sessiyaların əhəmiyyətindən söz açaraq müzakirə olunan məsələlərin aktuallığından danışıblar.

Bakı Forumunun səciyyəvi cəhətlərindən danışan qonaqlar burada bir çox yeni fikirlərin səsləndiyini xüsusilə qeyd ediblər.

Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, Bakıda belə bir mötəbər Forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dünyada görmək istədiyi mövqeyi ilə bağlıdır. Məhz Azərbaycan Prezidentinin himayəsi ilə bu Forum böyük uğurla başa çatıb.

Nazir qonaqların diqqətinə çatdırıb ki, hazırda ölkəmiz Avropanın idman tarixində mühüm yeri olacaq birinci Avropa Oyunlarına hazırlaşır. Biz inanırıq ki, ölkəmiz hər bir iştirakçının qəlbində əbədi iz salacaq.

Bütün iştirakçılara uğurlar arzulayan Azərbaycanın mədəniyyət və turizm naziri onlarla iki ildən sonra keçiriləcək növbəti Mədəniyyətlərarası Dialoq Forumunda yenidən görüşəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycan.-2015.- 20 may.- S. 7.