Əli Həsənov: Prezident
İlham Əliyev Riqa
Sammitində iştirak edə bilməyəcək
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov bildirib
ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”
proqramının üzvü olan ölkələrin Riqa
Sammitində iştirak edə bilməyəcək.
Əli
Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının
başlanmasına çox az vaxt qaldığına və bu
mühüm tədbirə hazırlıq işləri son mərhələyə
qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin
qrafiki həddən artıq sıxlaşıb. Buna görə
də dövlətimizin başçısı sammitdə
iştirak edə bilməyəcək.
Prezidentin
köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov və xarici
işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.
Azərbaycan.-2015.- 21 may.- S. 3.