Olimpiya çempionu
Namiq ABDULLAYEV: "Güləşçilərimiz
Avropa Oyunlarında
da Azərbaycan himnini qalib kimi dəfələrlə
səsləndirəcəklər"
Avropanın tarixində bir ilki gerçəkləşdirməyə hazırlaşan Azərbaycan növbəti idman bayramının astanasındadır. Aprelin 26-da “Atəşgah”da alovlanan I Avropa Oyunlarının məşəli respublikamızın hər bir güşəsinə səyahət edərək bu bayram əhval-ruhiyyəsinə əlavə çalar qatır. Görülən bütün hazırlıq işləri isə onu deməyə əsas verir ki, Azərbaycan bu beynəlxalq idman yarışına da ən yüksək formada ev sahibliyi edəcək və Avropa idmanı tarixində yeni səhifə açacaq.
I Avropa Oyunlarına hazırlaşan məşqçilər və idman mütəxəssisləri inanırlar ki, hər zaman beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən idmançılarımız bu yarışda da inamlı çıxış edərək Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar. Bu fikirdə olanlardan biri də Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin və Avropa Oyunları Təşkilat Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevdir. Bu səbəbdən də Namiq ABDULLAYEVLƏ görüşüb idman bayramı ilə bağlı fikirlərini öyrəndik.
Əməkdar idman ustası dedi:
- Vaxtı ilə gənclərin öz sağlamlıqlarının qeydinə qalması, istedadlarını nümayiş etdirməsi üçün lazımi şəraitin olmadığı Azərbaycanın indi dünyanın idman mərkəzinə çevrilməsi hər bir ölkə vətəndaşında qürur hissi yaradıb. Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanır.
Keçmiş SSRİ dönəmində Azərbaycan idmançılarına qarşı yaradılan problemlərə və çətinliklərə baxmayaraq idmanın inkişafı naminə gənclərin qazandıqları nailiyyətlərdən danışan üçqat Avropa çempionu həmin illəri belə xatırlayır:
- Artıq neçə illərdir ki, idmançılarımız beynəlxalq
yarışlarda medallarımızın sayını
artırırlar. Olimpiya Oyunlarında
qazanılan medallar da bunu deməyə
tam əsas verir. Qeyd edim
ki, keçmiş sovetlər dönəmində
də idmançılarımız
medallar qazanırdılar.
Ancaq həmin vaxt çox çətinliklərlə
üzləşirdik, Azərbaycan
idmançılarını hər tərəfdən sıxışdırırdılar. Ancaq biz çalışırdıq ki,
qələbələr qazanıb
finala yüksələk.
Yoxsa, hansısa beynəlxalq yarışlara, dünya, Avropa çempionatlarına
aparmırdılar. Bu çətinliklərə baxmayaraq
yenə həvəsdən
düşmürdük. 1993-cü ildə isə vəziyyət dəyişdi. İdmançılarımız ard-arda Avropa
çempionatlarında medallar
qazanmağa başladılar.
Təbii
ki, bu uğurların
memarı dahi şəxsiyyət Heydər
Əliyev oldu. Ölkə idmanının inkişafı
üçün ümummilli
lider bütün lazımi tədbirləri gördü. Mən 1994-cü ildə müstəqil Azərbaycanın idmançısı
kimi İtaliyanın
Roma şəhərində keçirilən Avropa çempionatına yollandım
və Vətənə
qızıl medalla qayıtdım. Həmin vaxt
xoş bir ənənə yaranmışdı.
Ulu öndər ilin sonunda idmançılarla görüşüb onlara
öz töhfələrini
və xeyir-duasını
verirdi. Ötən əsrin 90-cı illərini böyük qürurla xatırlayıram.
Sanki bütün idmançılarımız ilin
sonunu gözləyirdilər
ki, öz medallarını dahi şəxsiyyətə təqdim
edib, onun xoş sözlərini, insana ruh verən
məsləhətlərini eşitsinlər.
1996-cı ildə müstəqil
dövlət kimi Azərbaycan idmançıları
Atlantada keçirilən
Olimpiya Oyunlarına 23
vəsiqə qazanmışdı. Bu, gənc müstəqil ölkə üçün
böyük uğur sayılırdı. Yolasalma
mərasimində ulu öndər Heydər Əliyev bir daha bizi qəbul
etdi və həmin görüşdə
elə bir söz dedi ki,
heç zaman yaddaşımızdan silinməyəcəkdi.
Dahi şəxsiyyət
dedi: “Artıq siz qələbə qazanmısınız. Əlinizdəki lisenziyalar bunu sübut edir. Olimpiadada qazanacağınız medal isə
ikinci qəhrəmanlıq
sayılacaq”.
Biz onda söz verdik ki, Vətənə
medallarla qayıdacağıq. Elə də
oldu. Ancaq mən hakimlərin
qeyri-obyektivliyi ucbatından
gümüş medal qazandım.
Həmin
zaman məyus idim. Çünki qızıl medal haqqında düşündüyüm
halda, gümüş
medal almışdım. Ümummilli lider isə bizi qəbul
edərkən dedi ki, həmin görüşü hamı
seyr edib və hakimin səhvini dünya görüb. Ona görə də
Heydər Əliyev mənim gümüş medalımı qızıl
medal kimi dəyərləndirdi.
Yenə söz verdim ki, bu gümüş
medalı qızıl
medala çevirəcəm.
1997-ci ildə idmanımızın
inkişafı istiqamətində
daha bir mühüm addım atıldı. 1997-ci ildə cənab
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi və idmanımızda əsaslı
dönüş yarandı.
2000-ci ildə Sidneydə
keçiriləcək Yay
Olimpiya Oyunlarına hazırlıq başlandı.
İdmançılarımız üçün istənilən şərait
yaradıldı və
3 ildən sonra real nəticə özünü
göstərdi - 2 qızıl
və 1 bürünc
medal. 199 iştirakçı
dövlət sırasında
34-cü yeri tutmaq Azərbaycan üçün
böyük nailiyyət
idi. 2012-ci il London Olimpiadasında
isə 10 medalla Azərbaycan Olimpiya dünyasında yeni tarix yazdı. 204 ölkə arasında
30-cu yerə sahib çıxdıq.
Bu qızıl medalların 2-si güləşçilərimiz
tərəfindən qazanıldı,
özü də bir gündə 2 qızıl medal əldə
etdik. Ümumiyyətlə, 10 medalın 7-si güləşin payına
düşdü. Bu da ölkəmizdə güləşə olan marağın, bu idman növünün inkişafının göstəricisidir.
Namiq Abdullayev
deyir ki, bu gün Azərbaycan
idmanı özünün
intibah dövrünü
yaşayır. Ölkəmizdə
inşa olunan idman infrastrukturları və idmançılarımızın
beynəlxalq arenalarda qazandıqları medallar Prezident İlham Əliyevin idmana göstərdiyi qiqqət və qayğının hansı
formada olduğunu əks etdirir. Son on il ərzində
Azərbaycanda 300-ə yaxın
beynəlxalq səviyyəli
idman tədbiri keçirilib. İdmançılarımız
2013-cü ildə 148 beynəlxalq
yarışda iştirak
edərək 248 medal, 2014-cü ildə isə 165 beynəlxalq yarışda
250 medal qazanıblar. Bütün bunlar
onu deməyə əsas verir ki, Azərbaycan sosial-iqtisadi inkişafı
ilə yanaşı, idman sahəsində qazandığı uğurlarla
da fəxr edə bilər. Eyni zamanda, bu uğurlar
Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsinə,
vətənpərvər gəncliyin
formalaşmasına xüsusi
diqqətlə yanaşdığını
sübut edir.
Məhz Azərbaycanda keçirilmiş
dünya və Avropa çempionatlarının
yüksək səviyyədə
təşkili Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi
ilə bağlı müsbət rəy verməsinə səbəb
olub. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
olduqca böyük tarixi hadisədir. Bu, Azərbaycana dünyada
bizə göstərilən
böyük hörmət
və etimaddır.
Olimpiya çempionu hesab edir ki, Azərbaycan
öz yüksək təcrübəsi ilə
“Bakı-2015”lə yeni tarix
yazacaq və bu, gələcəkdə
ölkəmizdə daha
da böyük yarışların keçirilməsi
üçün zəmin
yaratmış olacaq. Avropa Oyunları ilə Azərbaycan istənilən idman tədbirinə yüksək
səviyyədə ev sahibliyi edə biləcəyini də sübut edəcək və Avropa, Beynəlxalq Olimpiya komitələrinin ölkəmizə olan inamı daha da artacaq.
Təşkilat Komitəsinin üzvü onu da bildirdi
ki, Oyunlar zamanı ölkəmiz növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Azərbaycana gələn idmançılar
təkcə yarışlarda
iştirak etməyəcəklər.
Onlar həm də turistlərlə bərabər
ölkəmizi səyahətə
çıxacaqlar. Bu zaman
Azərbaycanın tarixi
abidələri, mədəniyyət
ocaqları, mətbəxti
ilə tanış
olub ölkəmiz haqqındakı biliklərini
daha da artıracaqlar.
Bu isə Azərbaycanın
dünyada tanıdılması
istiqamətindəki təbliğata
öz töhfəsini
vermiş olacaq. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına
da böyük təkan verəcək.
Avropa Oyunlarının
keçirilməsində əldə
ediləcək təcrübə
gələcəkdə digər
mühüm yarışlara
da ev
sahibliyi etməyimizə
şərait yaradacaq və mövcud təcrübəmizi daha da artıracaq.
Bir idmançı kimi isə Namiq Abdullayev inanır ki, Avropa Oyunlarından
sonra Azərbaycanın
dünyada artan nüfuzu daha da yüksələcək
və növbəti Yay Olimpiya Oyunlarının
ölkəmizdə keçirilməsi
üçün gözəl
zəmin yaratmış
olacaq:
- Öncə onu deyim ki, güləşçilərimiz
bu yarışa ciddi hazırlaşırlar.
Təlim-məşq toplanışları davam edir. Bütün turnirlərdə xalqımız
güləşçilərimizdən uğurlu nəticələr
gözləyirlər. Çünki idmanın bu
növünün ölkəmizdə
tarixi kökləri vardır.
İdman infrastrukturları və digər obyektlərə gəlincə isə deyə bilərəm ki, bütün hazırlıq işləri
görülüb. Ölkəmiz idman bayramına hazır vəziyyətdədir.
Bütün görülən işlərlə Prezident İlham Əliyev şəxsən maraqlanıb,
öz tapşırıqlarını
verir. Az
bir zamanda bu qədər böyük işlərin
görülməsi hər
kəsi heyran edib. Avropa Olimpiya Komitəsi
bunu rekord göstərici kimi qiymətləndirib. Ona
görə də bütün idmançılar
adından Prezident İlham Əliyevə, ölkəmizin birinci xanımı, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, “Bakı-2015” Təşkilat
Komitəsinin sədri
Mehriban Əliyevaya təşəkkürümü bildirirəm və bir idmançı kimi söz verirəm
ki, Avropa Oyunlarının ən yüksək səviyyədə
keçirilməsi üçün
əlimdən gələni
əsirgəməyəcəm. İnanıram ki, güləşçilərimiz dünya və Avropa çempionatlarında
olduğu kimi, doğma diyarımızda da bütün potensiallarını ortaya qoyub Azərbaycan bayrağını dəfələrlə
yüksəklərə qaldıracaq,
himnimizi qalib kimi dəfələrlə
səsləndirəcəklər və Avropa Oyunlarında Azərbaycan öz növbəti uğuru ilə dünyaya səs salacaqdır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 21 may.- S. 4.