“Mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyaların
dövriyyəsinə və onun şərtlərinin
gözlənilməsinə nəzarət Qaydaları”nın və
“Fəaliyyət növlərinin xüsusiyyətindən
asılı olaraq mülki
dövriyyəsi məhdudlaşdırılmış əşyaların
dövriyyəsi üçün tələb
olunan əlavə Şərtlər”in təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 189
Bakı şəhəri, 13 may 2015-ci il
“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 335 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 464; 2007, ¹ 8, maddə 852, ¹ 12, maddə 1336; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 7, maddə 935; 2015, ¹ 1, maddə 63) ilə təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılır.”.
2. 2.4.1-ci, 2.4.2-ci və 2.4.3-cü yarımbəndlər ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 21 may.- S.7.