Fundamental tədqiqatların elmi nəticəsi
Kənd təsərrüfatı ili – 2015
2015-ci il ölkəmizdə
“Kənd təsərrüfatı
ili” elan edildikdən sonra bu sahəyə göstərilən diqqət
və qayğı daha da güclənmişdir.
Prezident İlham Əliyevin Kənd Təsərrüfatı
Nazirliyi sistemində fəaliyyət göstərən
elmi-tədqiqat müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncam
dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını
bir daha təsdiqləmiş oldu.
Kənd
Təsərrüfatı Nazirliyi
sistemində fəaliyyət
göstərən Azərbaycan
Aqrar Elm Mərkəzində,
onun regional bölmələrində
və elmi-tədqiqat institutlarında aqrar elmin müxtəlif istiqamətləri üzrə
aparılan tədqiqatların
səmərəliliyinin artırılması
üçün son vaxtlar
məqsədyönlü tədbirlər
həyata keçirilir,
yeni bitki və toxum sortlarının
yetişdirilməsi və
yayılması prioritet
məsələlərdən biri kimi daim
diqqət mərkəzində
saxlanılır.
Azərbaycan aqrar elmi çox
zəngin inkişaf tarixinə malikdir və bu, dünya
elm tarixinin ən dəyərli və maraqlı səhifələrindəndir. Bu səhifəni
isə akademiklər -
Cəlal Əliyev, Firuz Məlikov, Məmmədtağı Qəniyev,
Mirzə Sadıqov, İmam Mustafayev, Məmmədtağı
Cəfərov kimi yüzlərlə nüfuzlu
elm xadimi öz yaradıcılıqları ilə
zənginləşdirmişlər. Xüsusən də XX əsrdə
elm xadimlərinin gərgin
zəhməti sayəsində
Azərbaycan aqrar elmi özünün ən yüksək inkişaf zirvəsinə çatmışdı. Azərbaycan aqrar
elmi özünün formalaşmış elmi ənənələri, məktəbləri
ilə təkcə keçmiş ittifaqda deyil, dünyanın elmi təşkilatları,
elmi ictimaiyyəti tərəfindən də
rəğbətlə qarşılandı.
Ömrünün böyük hissəsini məhz aqrar sahəyə həsr edənlərdən biri də Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının
həqiqi üzvü,
akademik Eyyub Bəşirovdur. E.Bəşirovun elmi irsinin mahiyyəti, yaradıcılığının
məqsədi, qayəsi
təbiətin, ekologiyanın
təmizliyi və qorunub saxlanılması, bütövlükdə bəşəriyyətin
sağlamlığıdır.
Alim bu məqsədə çatmağın
yollarını hər
bir əsərində,
tədqiqatlarında, müşahidələrində
araşdırır, axtarır,
nəticədə yeni-yeni
tapıntılar ortaya
çıxarır. Təkcə bir
faktı gətirməklə
sözümüzə qüvvət
vermiş olarıq.
Eyyub Bəşirov heyvanların
törəyib çoxalması
biologiyasının və
süni mayalandırılmasının
öyrənilməsi istiqamətində
fundamental tədqiqatlar aparıb,
sanballı elmi nəticələr əldə
edib. Yuxarıda adını çəkdiyimiz
“Bəşirov metodu” məhz həmin fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu
“Bəşirov metodu”?
Kənd
təsərrüfatı heyvanlarının
çoxaldılmasına, bunların
cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın
min dəfəyə qədər
artırılmasına və
s. kimi çox mühüm, böyük nəticələr əldə
etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi müdaxilə
nəticəsində süni
mayalanmada istifadə etmək üçün yüksək keyfiyyətli
toxum alınmasına,
törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox
mühüm problemlərin
aradan qaldırılmasına
nail olmuşdur. Dondurulmuş toxumla aparılan süni mayalanmada “Bəşirov metodu”nu tətbiq etməklə
25000 camış və
inək mayalamaq mümkündür. 1000 dəfəlik artım da bax, bundan
irəli gəlir.
XX yüzilliyin ortalarında
işlənib hazırlanmış
bu orijinal, mütərəqqi metod bu gün də
dünyanın heyvandarlıq
təcrübəsində geniş
istifadə edilir və çox böyük uğur gətirir.
Neftçala rayonunun Xolqarabucaq kəndində doğulan alimin yaradıcılığı
bütövlükdə Azərbaycanla,
onun kənd təsərrüfatı, heyvandarlığı
ilə bağlıdır. Bu yaradıcılıq Azərbaycan
aqrar elminin mühüm tərkib hissəsidir. O, respublika
Kənd Təsərrüfatı
Nazirliyi sistemindəki
müxtəlif elmi qurumlarda çalışıb.
Azərbaycanda heyvandarlıqda
elə bir sahə yoxdur ki, alimin apardığı
tədqiqatların obyekti
olmasın, camışçılıqdan
başqa, maldarlıq,
dəvəçilik, atçılıq,
qoyunçuluq, quşçuluq,
arıçılıq, balıqçılıq,
ipəkçilik kimi sahələrin inkişaf perspektivləri Eyyub Bəşirov tərəfindən
müntəzəm tədqiq
edilib öyrənilməsin.
Hətta
bu sahələrin kompleks halında, əlaqəli inkişaf etdirilməsi problemi də araşdırılıb.
Məsələn, Abşeronda maldarlığın,
camışçılığın, balıqçılığın, quşçuluğun, arıçılığın
kompleksli, əlaqəli
inkişafına nail olmağın
yollarını aydın
göstərən elmi-tədqiqat
işi, dövlət əhəmiyyətli layihəsi
bu baxımdan böyük önəm daşıyır. Bu əsərdə iqlim şəraitinin heyvandarlıqdakı
rolu, yem bazasının möhkəmləndirilməsi,
yem kimi yoncanın, arpa-dən senajının rasiondakı
yeri, bataqlıqların,
onların bitki örtüyünün camışçılıqdakı
əhəmiyyəti və
yeri geniş, əhatəli, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilmişdir.
Eyyub Bəşirov görkəmli alimlərimiz,
professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov,
Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaratmışdır.
Alim elmi yaradıcılığını, eləcə də ictimai fəaliyyətini bu gün də
uğurla davam etdirir. Onun yeni kitabları
nəşr edilib, bir neçəsi də çapa hazırlanır. Onu da qeyd edək
ki, alimin 800-dən çox elmi məqaləsi var. “Azərbaycanda
damazlıq heyvanların
biologiyası və yetişdirilməsi”, “Azərbaycanda
damazlıq heyvandarlığın
problemləri və inkişafının elmi əsasları”, “Azərbaycan
camışının törəyib
çoxalmasının fiziologiyası”,
“Azərbaycanda heyvandarlığın
elmi əsasları” adlı kitabları işıq üzü görüb. Alim öz yaradıcılığında
heyvandarlıq elminin bütün sahələrini
dərindən araşdırıb,
öyrənmişdir. Eyni zamanda ezam olunduğu
xarici ölkələrin
də aqrar sahəsi ilə bağlı elmi araşdırmalar hazırlamışdır.
“Əlcəzairin heyvandarlığı”,
“Çilinin heyvandarlığı”
və “Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri”,
“Əfqanıstanın heyvandarlığı”,
“Hindistan və Bolqarıstanda camışçılıq”
və “Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması” adlı əsərləri mövcuddur.
Ömrünün 89-cu pilləsini yaşayan Eyyub Bəşirov Azərbaycan Heyvandarlıq
Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə
yanaşı, Azərbaycan
Camışçılar Assosiasiyasının,
Azərbaycan Arıçılar
İttifaqının fəaliyyətinin
istiqamətləndirilməsində fəal iştirak edir. O, səkkiz dildə yazır, oxuyur və danışır. Eyyub Bəşirovun elmi yaradıcılığı böyük,
həm də zəngin bir irs kimi
gələcək nəsillərə
töhfədir, əmanətdir.
İllər ötəcək, nəsillər dəyişəcək,
xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.
R.BAXŞƏLİYEV,
Azərbaycan.--2015.- 21 may.- S.9.