Bəhreynin mədəniyyət naziri Azərbaycan Xalça
Muzeyində olub
Mayın
20-də Bəhreyn Krallığının mədəniyyət
naziri Şeyxa Mai bint Mohammed Al-xalifa Azərbaycan Xalça
Muzeyində olub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi ilə yaxından tanış olan qonaq həsirlərin, xovsuz xalça növləri olan Şəddə və Zili xalçalarının öz ölkəsində də məşhur olduğunu qeyd edib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə
böyük diqqət və maraq göstərən Şeyxa
Mai bint Mohammed Al-xalifaya qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın “Çələbi”
xalçası, professor Röya
Tağıyevanın Qahirədə ərəb dilində
işıq üzü görmüş
“Azərbaycan xalçası” kitabları və muzeyin sertifikatı hədiyyə edilib. Kitab Bəhreynin mədəniyyət
nazirində böyük maraq
oyadıb.
Azərbaycan.-2015.- 21 may.- S.10.