Bakıda Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin turizm
nazirlərinin ikinci görüşü
keçirilib
Mayın
20-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına (TDƏŞ) üzv ölkələrin turizm
nazirlərinin ikinci görüşü keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə TDƏŞ çərçivəsində
əməkdaşlığın, bu quruma üzv ölkələr
arasında turizm üzrə əlaqələrin genişləndirilməsi,
türk dünyasının maddi və qeyri-maddi irsinin turizm
vasitəsilə təbliği, dövlət və özəl
sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri,
nəzərdə tutulan layihələr və tədbirlər,
həmçinin indiyədək əldə olunmuş nailiyyətlər
müzakirə edilib. Görüşdə TDƏŞ-in turizm
üzrə işçi qrupunun beşinci iclasının
yekunları barədə də fikir mübadiləsi
aparılıb.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev nazirliyin sifarişi əsasında
“Sinam” şirkəti tərəfindən hazırlanmış
GoMap.az (www.gomap.az) elektron naviqasiya sisteminə TDƏŞ-ə
üzv ölkələrin qoşulması ilə bağlı
təklif irəli sürüb. Nazir bildirib ki, naviqasiya
sisteminin elektron xəritəsinə Azərbaycan ərazisində
yerləşən 63000-dən çox obyekt (POI), 4530
yaşayış məntəqəsi, 3300 mədəni-tarixi
abidə, 70 şəhər və yaşayış məntəqəsi
üzrə ünvanlı məlumat, 670000 bina və tikililər,
43000 km yol (hərəkət qaydaları və yol
nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri,
meşələr və digər məlumatlar daxil edilib.
Elektron xəritədə bu məlumatlar sxem və ya 3D
formatındadır. Mədəni-tarixi abidələr üzrə
fotolar da elektron xəritədə yerləşdirilib.
Azərbaycan,
ingilis və rus dillərində hazırlanmış elektron xəritə
istənilən tikili üzrə böyüdülə bilər.
Elektron xəritə həmçinin mövcud olan digər bu
tip sistemlərə (məsələn, Google Satellite) inteqrasiya
edilib.
Elektron
xəritədə, həmçinin marşrutun çəkilməsi
funksiyası var. Bu funksiya xüsusilə turistlər
üçün çox faydalı ola bilər. Regionlara səyahət
etmək istəyən hər bir turist GoMap.az vasitəsilə
lazımi marşrutu çəkib, onu çap formasında
özü ilə apara bilər.
Naviqasiya
sisteminin Gürcüstan və Türkiyənin də ərazilərini
əhatə edir. Əbülfəs Qarayev bildirib ki,
Qazaxıstan və Qırğızıstanın da bu sistemə
qoşulması ilə türkdilli dövlətlərin vahid
naviqasiya sistemini yaratmaq olar. Bunun üçün maliyyə vəsaitinin
sərf olunması lazım deyil, ölkələrin məsul
qurumlarının lazımi məlumatları toplayıb “Sinam”
şirkətinə təqdim etməsi kifayətdir. Nazirin bu təklifi
görüş iştirakçıları tərəfindən
müsbət qarşılanıb.
Mədəniyyət
və turizm naziri “Bakı-2015” birinci Avropa Oyunları zamanı
sistemə girişin tamamilə pulsuz olacağını
bildirib.
Tədbirdə
TDƏŞ-ə üzv ölkələrin turizm sahəsində
özəl sektor nümayəndələrinin rolunun
artırılması və onlar arasında əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə Azərbaycan,
Türkiyə, Qazaxıstan və
Qırğızıstanın turizm assosiasiyaları
arasında anlaşma memorandumu imzalanıb.
Sonda
qarşıdakı bir il ərzində TDƏŞ çərçivəsində
görüləcək işləri nəzərdə tutan
yekun protokol imzalanıb.
Azərbaycan.-2015.- 21 may.- S.10.