Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş
nazirinin müavininin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də
Belarus Respublikası Baş nazirinin müavini Vladimir
Semaşkonun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Baş
nazirin müavini Vladimir Semaşko Belarus Prezidenti Aleksandr
Lukaşenkonun salamlarını dövlətimizin
başçısına çatdırdı. O, ölkəmizə
səfərindən ötən qısa dövr ərzində
Azərbaycanda gedən sürətli inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını dedi.
Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə
keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq
proseslərinin maraqla izlənildiyini vurğuladı.
Dövlətimizin
başçısı ölkəmizdə birinci Avropa
Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində,
cəmi iki ilə başa
çatdırıldığını qeyd edərək bu
Oyunların keçirilməsi üçün ən
müasir idman obyektlərinin və infrastrukturun
yaradıldığını bildirdi.
Görüşdə
XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan
Beynəlxalq kənd təsərrüfatı sərgilərinin
yüksək səviyyədə təşkil olunduğu
vurğulandı, bu tədbirə marağın ildən-ilə
artdığı qeyd olundu.
Söhbət
zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, kənd təsərrüfatı,
sənaye, maşınqayırma və digər sahələrdə
əməkdaşlığımızın daha da genişləndirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Belarus
dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2015.- 22 may.- S.3.