AÇIQ və CİDDİ SÖHBƏT
Azərbaycan günbəgün, dayanmadan inkişaf edir.
Ölkə paytaxtının abadlaşması, yeniləşməsi və gözəlləşməsi hər bir azərbaycanlının qəlbində haqlı qürur və iftixar hissi doğurur.
Təzələnmə prosesi özünəməxsus şəkildə, milliliklə müasirliyin vəhdəti gözlənilməklə aparılır.
Tikinti, təmir və yeniləmə
işlərində yüksək zövq təmin
edilməklə yanaşı, ən müasir
inşaat materiallarının geniş tətbiqinə də xüsusi
fikir verilir. Yaxın
keçmişdə, sovetlər dövründə belə
materialların növü və çeşidi barmaqla
sayılacaq qədər az idi.
Hazırda isə az qala ayda yeni bir
material təklif olunur.
Onların tətbiqi zamanı
texniki xüsusiyyətlərini,
istifadə qaydalarını,
harada, necə işlədiləcəyini öyrənmək,
üstün və çatışmayan cəhətlərini
düzgün qiymətləndirmək
də son dərəcə
zəruridir.
Əks halda, uğursuzluq, hətta faciəli hadisələr də baş verə bilər!
“Azadlıq” prospekti 200/36 ünvanında yerləşən
çoxmərtəbəli yaşayış binasında
olduğu kimi!
Hadisə baş verən gün - mayın 19-da dövlət başçısının
sərəncamı ilə
faciənin səbəblərini
araşdırmaq və
doğurduğu nəticələri
aradan qaldırmaq məqsədilə xüsusi
Dövlət Komissiyası
yaradıldı. Mayın 20-də
Prezident cənab İlham Əliyev hadisə yerinə gedərək binaya baxış keçirdi, yerindəcə bir sıra tapşırıqlar
verdi.
Sonra şəxsən
Prezident İlham Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının ilk iclası
keçirildi.
İclasda açıq və
ciddi söhbət getdi!
***
Hər dəfə ölkədə
bənzər hadisələr
baş verəndə
(məsələn, Lənkəranda
və Bakının Murtuza Muxtarov küçəsində bina
uçanda)
hadisə yerinə
getmək, Dövlət
Komissiyası yaradaraq məsələni ətraflı
araşdırmaq və
gələcəkdə belə
halların təkrar olunmaması üçün
ciddi tədbirlər görmək cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin
ən mühüm xüsusiyyətlərindəndir.
Öləni geri qaytarmaq mümkün deyil!
Nə qədər acı olsa da, bu
həqiqətdir!
Ancaq yaralılara,
ziyan çəkənlərə
dərhal qayğı
göstərmək, onların
yanında olmaq, problemlərini ən qısa müddətdə
həll etmək
humanist addımlardır. Dövlət
başçısı iclasda
bu məsələni birinci sıraya qoydu: “Hazırda birinci dərəcəli məsələ yanğına
məruz qalmış
evin sakinlərinin yerləşdirilməsidir. Onlara dövlət
tərəfindən maddi
yardım göstəriləcək.
Dünən imzaladığım sərəncamda bu da nəzərdə tutulur. Nazirlər Kabinetinə göstəriş
verilmişdir ki, onlara göstəriləcək
maddi dəstəyin həcmi qısa müddət ərzində
müəyyən edilsin.
Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər dövlət
hesabına təmir olunmalıdır. İnsanlara lazımi
əşyalar veriləcək,
mebel alınacaq.
Yəni,
bütün bunları
dövlət öz üzərinə götürür.
Bu, bir daha Azərbaycan dövlətinin
öz vətəndaşlarına
olan qayğısının
təzahürüdür”.
Hadisə ilə yaxından tanış olan dövlət başçısı stress keçirən,
mənzilindən məhrum
olan insanların vəziyyətini düzgün
qiymətləndirərkən hətta kiçicik bir məqamın belə nəzərdən
qaçırılmaması üçün onlara göstəriləcək köməklə
bağlı məsələləri
də dəqiqləşdirdi:
“Birincisi, həlak olanların ailələrinə
maddi təminat verilməlidir. Bu, evin, mənzilin sahəsinə görə
olmamalıdır. İkincisi, mənzillərin
təmiri dövlət
tərəfindən aparılmalıdır.
Üçüncüsü, yaralananlara dövlət
tərəfindən maddi
təminat verilməlidir,
onun məbləği
müəyyən edilməlidir.
Yanmış bütün
mənzillərin ev əşyaları
- mebeldən tutmuş
qab-qacağa qədər
dövlət tərəfindən
yüksək səviyyədə
təmin edilməlidir.
Bütün siyahılar yəqin
ki, var. Eyni zamanda, evlərdə insanların sənədləri
də yanıb.
O da bərpa edilməlidir”.
İclasda güclü yanğına
səbəb olan üzlük materialının
mənşəyinin araşdırılmasına
ciddi diqqət yetirildi. Məlum oldu ki, istehsalçılar daha çox gəlir götürmək üçün
hazırlanan üzlük
materialının keyfiyyətini
sonradan aşağı
salıblarmış. Belə ki, zavod ilkin
olaraq işə başlarkən materialın
oda davamlılığının
artırılması üçün
onun tərkibinə Rusiyadan və Türkiyədən gətirilən
xüsusi maddələr
qatılırmış. Amma sonradan həmin maddələrdən istifadə
dayandırılıb. Eyni zamanda, üzləmə
zamanı texnologiya da pozulmuşdur. Alt qata izolyasiya
materialı qoyulmamış,
nəticədə havanın
tam işləməsi və
yanğının şiddətlənməsi
baş vermişdir.
Dövlət başçısı
bu məqamla da bağlı ciddi tapşırıqlar verdi: “Bu məsələ
də araşdırılmalıdır
ki, bu binaların
təmirində istifadə
olunan materiallar harada istehsal edilib və ya haradan idxal
olunub! Onlara kim sertifikat
verib? Hansı ekspertizadan keçib?
Əgər ekspertizadan
keçibsə, o rəyi
kim verib?
Əgər ekspertizadan keçməyibsə,
deməli, bu binalar qanunsuz şəkildə təmir
olunub”.
İlk anlarda müəyyən qədər kölgədə qalan bir məqamın üzərinə azacıq işıq salmaq istəyirik. Yanğın xəbəri alınan kimi Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin müvafiq qurum və əməkdaşları, habelə tibb işçiləri hadisə yerinə yollanmış, müvafiq texnika, maşın və mexanizmlər, habelə vertolyotlar insanların xilasına, yanğının söndürülməsinə səfərbər olunmuşdur. Peşəkarlıq və fədakarlıqla çalışanlar binada qalanların xilası üçün hətta dəfələrlə öz həyatlarını təhlükəyə atmaqdan belə çəkinməmişlər. Xidməti borcunu dəqiqliklə yerinə yetirənlərin qorxmazlığı və cəsarəti sayəsində bir çox insanlar ölümün pəncəsindən qurtula bilib. Hazırda xilaskarların bir qismi xəstəxanalarda həkim nəzarətindədirlər. Təcili yardım işçilərinin, həkimlərin və digər tibb personalının əlbir fəaliyyəti də diqqətçəkən məqamlardandır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da xəstəxanada olmuş, xəsarət alanlara baş çəkmiş, onlara şəfa diləmişdir.
İclasın gedişi zamanı Prezident İlham Əliyev dəfələrlə baş verən faciəli hadisəyə, onunla bağlı müəyyən xüsusatlara öz münasibətini bildirdi. Bu münasibətlərdə diqqət çəkən ən mühüm məqam Azərbaycan vətəndaşının həyatının və sağlamlığının hər şeydən uca tutulmasıdır. Təhlükəli üzlük materiallarının I Avropa Oyunlarından sonra sökülməsi barədə fikir səsləndiriləndə cənab İlham Əliyev qətiyyətli, insanpərvər mövqeyini ortaya qoydu: “Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir”. Dərhal digər tapşırığını da verdi: “Bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir”.
Qeyd olundu ki, indiyədək bu tip hadisələr insan tələfatı olmasa da, Sumqayıt şəhərində, Buzovna qəsəbəsində və Xətai rayonunda da baş vermişdir. Təəssüf ki, vaxtında lazımi nəticə çıxarılmamışdır. Cənab İlham Əliyevin bununla bağlı qərarı da sərt və ədalətlidir: “Bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub”.
İclasın gedişində ən çox vurğulanan məsələlərdən biri qanunun aliliyinin gözlənilməsi prinsipi idi. Dövlət başçısı mövqeyini qəti, birmənalı və açıq şəkildə bildirdi: “Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzanı çək, vəssalam”.
Başqa bir məqamdakı xatırlatması isə ciddi xəbərdarlıq kimi səsləndi: “Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil”.
Baş verən faciə həm də müəyyən fikir və düşüncələrə yol açan sınaq oldu! Həm də bəzi nəticələr çıxarmağa imkan yaradan sınaq!
Əvvəla, ölkə Prezidenti başda olmaqla bütün dövlət qurumları dara düşən vətəndaşlarını tək qoymur, onun harayına çataraq yanında olur.
İkincisi, xalqla iqtidarın birliyi pozulmazdır, təhrikçi, qızışdırıcı qüvvələr nə qədər cəhd etsələr də, xəbis niyyətlərinə nail ola bilmirlər. Çünki xalq yaxşı görür ki, iqtidarın başlıca məqsədi öz vətəndaşlarının rifahını yüksəltmək, təhlükəsizliyini təmin etmək, hüquqlarını qorumaqdır.
Üçüncüsü, Azərbaycanda qanunun aliliyi daim uca tutulur. Hansısa sahibkar şəxsi mənfəəti naminə qanunu pozursa və kimlərsə ona havadarlıq edirsə, cəzalandırılır! Heç kim qanundan kənarda dayana, törətdiyi əməlin cəzasından yayına bilməz!
Ən nəhayət, dövlət başçısı Azərbaycan vətəndaşının təhlükəsizliyi, sabitlik şəraitində rahat və firavan yaşaması üçün lazım olan bütün addımları atır. Buna əngəl törətmək istəyənləri isə qanunun əli ilə sərt cəzalandırır.
Biz vətəndaşlar isə daim dövlətimizin yanında durmalı, hər bir təxribat və sınağa hazır olmalı, birliyimiz, bir-birimizə köməyimizlə bütün sınaq və əngəllərə üstün gəlməyi bacarmalıyıq.
***
“Azərbaycan” qəzetinin kollektivi hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Allahdan səbir diləyir.
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 22 may.- S.4.