“Avropa
Oyunlarının Azərbaycan modeli”
nümunə olacaq
Ziyalı sözü - vətəndaş
mövqeyi
Çingiz QƏNİZADƏ,
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü:
- Dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan qazandığı uğurlar sırasına daha birini əlavə etmək üzrədir. Artıq məşəli alovlanan Birinci Avropa Oyunlarının başlanmasına saylı günlər qalır. Respublikamızın hər bir guşəsində böyük təmtəraq var. Bu isə əyani şəkildə dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan sülh, əmin-amanlıq məkanı olmaqla yanaşı, həm də güclü idman ölkəsidir.
Bəllidir ki, hər bir inkişafın əsasında məhz ölkədə mövcud ictimai-siyasi sabitlik dayanır. Avropa Olimpiya Komitəsinin ölkəmizlə bağlı çıxardığı müsbət rəyə də ilk növbədə Azərbaycandakı sabitlik təsir edib. Bu idman bayramının ölkəmizdə keçirilməsi ilə bağlı qərar verildikdən sonra daha da fəallaşan antiazərbaycançı şəbəkə isə artıq susmağa üstünlük verir. Çünki əl atdıqları bütün çirkinliklər özlərinə qarşı çevrildi. Azərbaycanı insan hüquqlarının pozulduğu ölkə olduğunu, ictimai-siyasi sabitliyin olmadığını iddia edən qüvvələr indi qeybə çəkiliblər. Bunun səbəbi də bəllidir. “Atəşgah”da yandırıldıqdan sonra Azərbaycanı qarış-qarış gəzən məşəlin insanlarda yaratdığı coşqu hisslərini, bayram əhval-ruhiyyəsini bütün Avropa seyr etdi və ya beynəlxalq mətbuatdakı yazılarla tanış olan dünya ictimaiyyəti ölkəmiz haqqında yayılan informasiyaların kökündən yalan olduğunu göstərdi.
Bu gün Azərbaycanda bütün azadlıqlar təmin edilib, ölkəmizdə azad cəmiyyət formalaşıb. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı tam təmin olunub. Ancaq Azərbaycanı ittiham edən ölkələrdəki duruma nəzər yetirsək görərik ki, Avropanın mərkəzində nümayişçilər döyülür, həbs edilirlər. Lakin Azərbaycanı yalandan ittiham edən qondarma hüquq müdafiə təşkilatlarından səs çıxmır. Səbəb bəllidir. Daim ikili standartlar prinsipi ilə yanaşdıqları Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına ləkə salmaq, avropalı qonaqlarda mənfi rəy formalaşdırmaqdır. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də eyni ssenarini davam etdirmiş və ağır zərbə almışdılar. İndi isə Oyunların başlanmasına çox az qalır və hiss olunur ki, apardıqları “təbliğat” bumeranq effekti verib.
Azərbaycan dövləti tərəfindən
I Avropa Oyunlarının ən yüksək
səviyyədə keçirilməsi üçün
görülən böyük işlər
göz önündədir.
Yarışların keçiriləcəyi müasir
idman kompleksləri, abadlıq-quruculuq
işləri bu gün
də davam etməkdədir. Ölkəmizdə
son illər ərzində
yaradılmış idman infrastrukturu
dünya səviyyəsinə, dünya standartlarına cavab
verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman
qurğuları Oyunların yüksək şəkildə keçiriləcəyinə
təminat verir və əminik ki, “Bakı-2015”dən iki il sonra 2017-ci ildə Azərbaycanda
keçiriləcək IV İslam Həmrəyliyi
Oyunları ölkəmizə istənilən sahədə əlavə
dvidendlər qazandıracaq. Bütün
bunlar isə Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasətin qazandığı uğur və nailiyyətlərdir.
Azərbaycan.-2015.- 22 may.- S.6.