İdmançılarımızdan da parlaq qələbələr
gözləyirik
Ziyalı sözü - vətəndaş
mövqeyi
Vaqif ŞADLİNSKİ,
ATU-nun İnsan anatomiyası kafedrasının
müdiri, professor:
- Birinci Avropa Oyunlarının məşəli
ölkəmizi bölgə-bölgə dolaşmaqla bu möhtəşəm tədbirə yeni-yeni rənglər qatır. Hər yerdə insanlar bu odu çal-çağırla
qarşılayırlar. I Avropa Oyunlarının
Bakıda keçirilməsi
ilk növbədə müstəqil
Azərbaycanın tarixinin,
mədəniyyətinin, incəsənətinin,
sülhpərvərliyinin, qonaqpərvərliyinin,
mətbəxinin, coğrafiyasının,
flora və faunasının
dünya dövlətlərinə,
xalqlarına bir daha yaxından tanıdılması deməkdir.
Bu oyunlar təkcə
Avropada deyil, digər qitələrdə
də yayımlanacaq. Albaniya, Avstriya, Belarus, Belçika,
Fransa, Macarıstan, Almaniya, Moldova, Lüksemburq,
Rumıniya, Slovakiya, İsveçrə, Türkiyə,
ərəb ölkələri,
hətta Yaponiyada Oyunlara birbaşa tamaşa edəcəklər.
Bu tədbir həm
də Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq. Çünki oyunlara baxmaq
üçün respublikamıza,
paytaxt Bakıya xeyli sayda turist
gələcək. Hamıya məlumdur
ki, Azərbaycanda turizmin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər
ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli
istifadə edilməsi
işinə qayğı
və diqqət göstərmişdir. Ulu
öndərin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər ərzində ölkəmizdə
turizm sahəsinin dinamik inkişafı ilə bağlı misilsiz işlər görülüb.
Birinci Avropa Oyunlarının oba-oba dolaşan məşəlinin
işığında biz paytaxt
Bakıda və regionlarda zövq oxşayan abadlıq və yenidənqurma işlərinin şahidi oluruq. Bu da onu
göstərir ki, Azərbaycan idman yarışları keçirmək
üçün təcrübəli
ölkədir. Danılmaz faktdır
ki, Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın idman sahəsində gördüyü böyük
işlər nəticəsində
uğurlarımızın səsi-sorağı
respublikadan çox-çox
uzaqlardan gəlir.
Avropa Oyunlarında da qazanacağımız nəticə
bizə 2017-ci ildə
İslam Oyunlarında
daha çox lazım olacaq. Hamı əmindir ki, ölkəmiz bu mötəbər idman tədbirini yüksək səviyyədə keçirəcək.
Çünki Azərbaycanda mütəmadi
qaydada müxtəlif idman sahələri üzrə dünya və Avropa çempionatları təşkil
edilib. Ölkəmiz
3 il əvvəl
“Eurovision” mahnı müsabiqəsinə
layiqincə ev sahibliyi edib. Başqa sözlə, istənilən
beynəlxalq əhəmiyyətli
tədbirin keçirilməsi
üçün Azərbaycanın
yaxşı təcrübəsi
var.
Çalışdığım Azərbaycan Tibb Universitetinin çoxsaylı
professor və müəllim
heyəti günlərinin
çoxunu həkim peşəsinə yiyələnən
gənclərlə keçirirlər. Bu zümrəyə
yaxından bələd
olduğumuzdan
bilirik ki, Azərbaycanda istər tələbə gənclərə, istərsə
də idmançı
gənclərə dövlət
qayğısı yüksək
səviyyədədir. Gənclərə ölkə rəhbəri İlham Əliyevin şəxsi təşəbbüsü
ilə göstərilən
dəstək olduqca qürurvericidir. Dövlət başçısı tərəfindən
imzalanmış “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının
icrası ölkədə
gənclər siyasətinin
inkişaf etdirilməsinə
daha böyük təkan verib. 2013-cü ildə ayrı-ayrı nazirliklərin,
xüsusən də Gənclər və İdman Nazirliyi tərəfindən gənclər
mükafatının təsis
edilməsi fəal tələbələrin ölkənin
ictimai-siyasi həyatında
daha da aktiv
fəaliyyət göstərməsinə
marağı artırmışdır.
Dediyim odur ki, dövlətin göstərdiyi qayğı
istər təhsildə,
istərsə də idmanda gənclərdə xoş ovqat yaradır, onlarda vətənə və xalqa bağlılığı,
vətənpərvərlk ruhunu
daha da gücləndirir.
Azərbaycan Avropa
Oyunları haqqında dünyaya nümunə
göstərdi. İndi arzumuz
budur ki,
idmançılarımız da
yarışlar zamanı öz uğurlu çıxışları ilə parlaq qələbələr qazanıb
sevincimizə sevinc qatsınlar.
Azərbaycan.-2015.- 22 may.- S.6.