Birinci Avropa
Oyunları xalqımıza sevinc gətirəcək
Ziyalı sözü - vətəndaş
mövqeyi
İsa ALIYEV,
AMEA-nın İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad
elmləri doktoru, professor:
- Azərbaycan sözdə yox, işdə sübut edir ki, o, dünyanın ən modern idman infrastrukturuna malikdir. Bu, təsadüfi deyil. Prezident İlham Əliyevin idmana və gənclərə xüsusi qayğısı, Azərbaycanın sosial-iqtisadi yüksəlişi buna geniş imkan yaratmışdır. “Bakı-2015” ilk Avropa Oyunları ölkəmizə həvalə olunmuşdur. Bu, beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunmasını, infrastruktur dəyişikliklərin edilməsini, müasir standartlara uyğun idman mərkəzlərinin yaradılması istiqamətində olduqca məsuliyyətli və çətin işlərin aparılmasını tələb etmişdir. Zaman göstərdi ki, Azərbaycan bu işin öhdəsindən az müddətə layiqincə gəldi və indi respublikamız dünyanı heyrətə sala biləcək möhtəşəm bir layihənin həyata keçirilməsi astanasındadır. Bütün bu işlərin görülməsində ölkəmizin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əməyi xüsusi vurğulanmalıdır.
Qeyd etməliyik ki, Azərbaycanın belə bir möhtəşəm tədbirə - Birinci Avropa Oyunlarına ev sahibliyi etməsində həm də mənəvi haqqı var. Ölkəmizin müasir inkişaf tempi idman infrastrukturunun kompleksliliyi, respublikamızda mövcud olan tolerantlıq və təhlükəsizlik amili bunu deməyə əsas verir. Azərbaycan bu missiyanı əldə edənə qədər geriyə bir nəzər salsaq görərik ki, idman və Olimpiya hərəkatının inkişafında nə qədər məsafə qət etmişdir. Belə ki, dövlət başçısının Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi fəaliyyət göstərməsi, çoxistiqamətli zəhməti nəticəsində ölkəmizdə idmançılar ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil və idman infrastrukturu yaradılmışdır.
Bir iqtisadçı kimi hesab edirəm ki, Birinci Avropa Oyunları istər siyasi, istər sosial, istərsə də iqtisadi cəhətdən ölkəmizə çoxlu dividendlər gətirəcək və gətirməkdədir. Lakin Azərbaycanın bütün sahələrdə nüfuzunun qalxması hazırda bəzi dairələri bir növ qorxuya salır. Respublikamıza qarşı siyasi basqılar, qeyri-səmimi münasibətlər, açıq və gizli şəkildə qarayaxmaları heç də təsadüfi deyil. Azərbaycan öz müstəqilliyini əldə etdiyi vaxtdan Qərbin bəzi dairələri onu gözümçıxdıya salmaq, beynəlxalq nüfuzuna xələl gətirmək və s. xoşagəlməz hallara əl atmaq istəsələr də, bu baş tutmamış və bundan sonra da baş tutmayacaqdır. Onlar gah bu oyunlara sərf olunan xərcləri həddindən artıq şişirdir və ya əksinə, açıq-açığına gözügötürməməzlik nümayiş etdirirlər. Fikirləşirik ki, Azərbaycanımıza qarşı yönəldilən bu kimi xoşagəlməz hallar həmişə olub və olacaq... Biz bir ziyalı kimi hesab edirik ki, dövlətimizin dinamik inkişafı bundan sonra da davam edəcək, əhalinin sosial-iqtisadi, maddi rifah halı daim yüksələcək, belə hallar dostlarımızı sevindirəcək, düşmənlərimizin isə “gözünü çıxaracaq”.
Birinci Avropa
Oyunları zamanı ölkəmizə çoxlu
turist axını olacaq.
Şübhəsiz bu, ölkəmiz üçün həm də gəlir gətirəcək.
Azərbaycanı birinci dəfə görənlər
yəqin ki, ikinci dəfə
görmək həvəsində olacaqlar, bu da müsbət
haldır. Bu əsasda ölkəmizin valyuta ehtiyatlarının artması gözlənilir.
Oyunlar yüzdən artıq ölkənin
telekanalları vasitəsilə yayımlanacaq və bu zaman nümayiş
olunan reklamlardan da kifayət qədər qazanc
əldə ediləcəkdir. Belə halları çox sadalamaq olar. Daha maraqlı cəhətlərdən
biri də ondan ibarətdir
ki, yeni tikilən qurğular, obyektlər, bərpa olunanlar bizə qalacaq və
xalqımızın maddi rifah
halının yaxşılaşdırılmasına xidmət
edəcəkdir. Bundan başqa,
inanırıq ki,
idmançılarımız bir daha ölkəmizin şərəfini öz nümunəvi oyunları ilə qoruyacaq və çoxlu medallar qazanaraq, Azərbaycan
bayrağını yüksəklərə qaldıracaqlar. Qoy bizi istəməyənlər nə deyirlər-desinlər!
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
müstəqil inkişaf yolumuz
dönməzdir, əbədidir və respublikamız Prezident İlham
Əliyevin sayəsində bundan sonra daha
yüksək nailiyyətlər əldə edəcəkdir.
Azərbaycan.-2015.- 22 may.- S.6.