Məşəlin ölkəmizi başdan-başa dolaşması fərəhimizi birə-min
artırır
Ziyalı sözü - vətəndaş
mövqeyi
Ramil QASIMOV,
Opera və Balet Teatrının vokolisti:
- Vətənimizin ildən-ilə
yox, gündən-günə
çiçəklənməsi, bütün sahələrdə
inkişafı göz
qabağındadır. Tez-tez dünyanın
inkişaf etmiş ölkələrində Azərbaycanın
vokal sənəti ilə könülləri
fəth edib qürur duymuşuq. Çünki belə tədbirlərdə musiqiçilərimiz
xalqımızın mənəvi
sərvətinin necə
zəngin olduğunu təsdiqləyir.
Xalq və bəstəkar mahnılarının
əcnəbilərdə necə
xoş əhval-ruhiyyə
yaratdığını duyduqca
fərəh hissi keçirmiş, onların
Vətənimizin əsrarəngiz
təbiətə malik
olmasını öz gözləri ilə görmələrini də
arzulamışıq.
Budur, arzularımız reallaşır:
nəinki avropalılar,
dünyanın bütün
qütblərindən ölkəmizə
qonaqlar gəlir. Onları təkcə idmanımız,
mətbəximiz maraqlandırmayacaq.
Bu insanlar qədim
Odlar yurdunu öz gözləri ilə görəcək və heyran qalacaqlar. Biz bununla Vətənimizin təbiətini, tarixini, etnoqrafiyasını, bir sözlə, sivilizasiyalar yola salmış bir məkan olduğunu onlara göstərmiş olacağıq.
Təbii
ki,”Bakı-2015” I Avropa Oyunlarının
yüksək səviyyədə
keçirilməsi hər
bir azərbaycanlının,
hər bir ölkə vətəndaşının
arzusudur. Tədbirlərin
yüksək səviyyədə
təşkili üçün
dövlət başçısı
İlham Əliyev və ölkəmizin birinci xanımı, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüs
və təklifləri
reallaşdıqca Azərbaycan
başdan-başa bir daha gözəlləşir,
bölgələrimizdə bayram əhval-ruhiyyəsi yaradan ab-hava təbiətin bahar təravətinə
əlavə rəng
qatır.
Ölkəmizdə hər cür
şərait yaradılıb. Müqəddəs məşəlin
idman libasına bürünüb
ölkəmizi başdan-başa
dolaşması isə fərəhimizi
birə-min artırır! Buna təbii ki, dövlətimizin
və xalqımızın dostları sevinir,
düşməni həsəd aparır. Axı, bu elə-belə, adi tədbir
deyil, müasir Azərbaycanımızın siyasi, iqtisadi, sosial və mədəni
inkişafının göstəricisidir.
Azərbaycan.-2015.- 22 may.- S.6.