Mədəniyyət və turizm
naziri Bolqarıstanın vitse-prezidenti
ilə görüşüb
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Bakıya gəlmiş
Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə nazir iki ölkə
arasında mədəni əlaqələrdən söhbət
açıb. “Bolqarıstan nümayəndə heyəti Qəbələ
və Şəkiyə gedib, ölkəmizin turizm potensialı
ilə tanış olub. Forum çərçivəsində
biz bolqar həmkarlarımızla səmərəli işlədik.
Hesab edirik ki, Bolqarıstan nümayəndə heyəti Forumun
işinə çox mühüm töhfə verdi”, – deyə
Ə.Qarayev qeyd edib.
Marqarita
Popova dəvətə və səmimi qəbula görə təşəkkür
edib, Forum çərçivəsində Bakıda
keçirdiyi görüşlərdən danışıb. O
deyib: “Bizi Azərbaycan təbiətinin gözəlliyi valeh
etdi. Hesab edirəm ki, ölkələrimiz arasında turizm əlaqələri
genişlənməlidir. Bundan ötrü hər cür zəmin
var”.
Qonaq
Forumun yaxşı təşkilinə görə təşəkkürünü
bildirib, bu nüfuzlu tədbirin ölkələr arasında mədəni
əlaqələrin möhkəmləndirilməsində və
genişləndirilməsində rolunu qeyd edib.
Görüşdə
Azərbaycan və Bolqarıstan arasında mədəniyyət
və turizm, habelə qarşılıqlı maraq doğuran
digər məsələlər müzakirə edilib.
Azərbaycan.-2015.- 22 may.- S.9.