AZƏRBAYCAN TARİX YAZIR

 

Gənc mütəxəssis Elçin Aşurov intellektzövq harmoniyasının məhsulları ilə “Bakı-2015”ə öz töhfəsini verir

 

Avropanın idman tarixində yeni səhifə açmağa hazırlaşan Azərbaycan mötəbər idman bayramının astanasındadır. Sivilizasiyaların toqquşduğu, bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşadığı Azərbaycan bu idman turniri ilə bir daha mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olduğunu dünyaya nümayiş etdirəcək.

Hələ I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı müsbət qərardan sonra bu idman yarışının loqosu tərtib olunarkən yuxarıda söylədiyimiz bütün fikirlər nəzərə alınmışdır. 16 iyun 2014-cü il tarixində qəbul edilən loqo (müəllifi 35 yaşlı Adəm Yunisov) Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla ev sahibi ölkənin qədim və müasir mədəniyyət ocağı olduğunu beş başlıca elementi bir araya gətirməklə təsvir etmişdir. Loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı və şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. “Bakı-2015”in rəsmi simvolları olan CeyranNar cütlüyü bütün dünyada I Avropa Oyunlarının təbliğində brend rolunda çıxış edəcək.

I Avropa Oyunlarının loqosunun məhz 35 yaşlı azərbaycanlı gənc tərəfindən hazırlanması da ölkəmizdə gənclər siyasətinə göstərilən qayğıdan qaynaqlanır. Bu gün ölkəmizdə istənilən sahədə özünü sınayıb, yeni ideyalar ortaya qoyaraq uğur qazanan gənclər kifayət qədərdir. Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi yaradıcı gənclərdə böyük ruh yüksəkliyi yaradıb. Qrafika, dizayn sahəsində artıq mütəxəssisə çevrilən gənclərimiz Avropa Oyunlarının ən yüksək formada keçirilməsi üçün öz dəstəklərini əsirgəmirlər. Belə gənclərdən biri də “MƏN” Brend Korporasiyasının yaradıcısı Elçin Aşurovdur.

Elçin Aşurov özünün orijinal düşünmə qabiliyyəti və innovativ, kreativ ideyaları ilə ərsəyə gətirdiyi məhsullarla uğurlar qazanmış, qısa müddətdə öz sahəsinin nüfuzlu mütəxəssislərindən birinə çevrilmişdir. İdeyalarının daha böyük çərçivədə, geniş miqyasda əhatələnməsi arzusunda olan gənc mütəxəssis Azərbaycanda ilk dəfə olaraq “Gözünlə duyduqların” adlı loqo sərgisi keçirmiş və hazırladığı 80-ə yaxın loqonu ictimaiyyətə  təqdim etmişdir. Onu da deyək ki, “Azərbaycan Respublikası Prezidentinin Gənclər Mükafatı”nın təsviri, eləcə də onun diplom və vəsiqəsi E.Aşurova məxsusdur. Bununla yanaşı, Azərbaycan Gənclər Fondu, Bakı Ali Neft Məktəbi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Təhsil Problemləri İnstitutu, Avtomobil Federasiyası, Sığortaçılar Assosiasiyası, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, “İdeya BANKI”, Gənclər Siyasəti üzrə I Qlobal Forum, Beynəlxalq Təşkilatlarda Çalışan Azərbaycan Vətəndaşlarının I Toplantısı, Bakı Beynəlxalq Yaradıcılıq Festivalının loqoları və futbol üzrə Azərbaycan kubokunun, ölkə kubokunun model, dizaynı da Elçin Aşurovun intellektininzövq harmoniyasının məhsuludur.

Özünün orijinal düşünmə qabiliyyəti və innovativ, kreativ ideyaları ilə ərsəyə gətirdiyi məhsullarla uğurlar qazanmış, qısa müddətdə öz sahəsinin nüfuzlu mütəxəssislərindən birinə çevrilmiş Elçin Aşurov ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin müsbət rəyindən sonra qarşısına yeni məqsəd qoyub. “MƏN” Brend Korporasiyası dizaynqrafika işləri ilə Avropa Oyunları Təşkilat Komitəsinin “Bakı-2015”in Avropadünyaya tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərə, təbliğat kampaniyasına öz dəstəyini əsirgəmir. Bu səbəbdən də Elçin Aşurovla görüşüb “Bakı-2015”lə bağlı hazırladıqları qrafika, dizayn işləri ilə tanış olduq.  Gənc mütəxəssis deyir ki, hər bir azərbaycanlı bu gün ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyur. Çünki Avropada kiçik bir müsəlman dövləti hesab olunan Azərbaycanın bu mötəbər yarışa ev sahibliyi etməsi böyük hadisədir və bu idman turnirinin  hansı formada keçirilməsi dünya dövlətlərinin maraq dairəsindədir: “Biz də fəxr edirik ki, Azərbaycan bu gün dünyadaAvropa idmanında tarix yazır. Bunun təkcə  idman sahəsi deyil, siyasi çəkisi də böyük anlam daşıyır. Ona görə də qərara gəldik ki, öz sahəmizdə dövlətimizə hansısa formada dəstək olmaq üçün əməli fəaliyyətə keçək”.

E.Aşurov vurğuladı ki, Avropa Oyunları Təşkilat Komitəsi “Bakı-2015”in ən yüksək səviyyədə təbliğatı, həyata keçirilməsi istiqamətində çox böyük işlər görür. Təşkilat komitəsinin sədri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan yenə dünyaya səs salacaqbu Oyunların hansı formada keçirildiyi uzun müddət Avropanın gündəmindən düşməyəcək. Bakıda keçirilən “Eurovizion” Mahnı Müsabiqəsini buna misal göstərmək olar.

“MƏN”in ərsəyə gətirdiyi yeniliklərə gəldikdə isə, E.Aşurov bildirdi ki, qurum “Azərbaycan tarix yazır” devizi altında bir təbliğat kampaniyasına başlayıb: “Biz hesab edirik ki, gənc müstəqil bir ölkədə ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir və “Bakı-2015” bizim mənəvi abidəmiz kimi tarixə düşəcək. Avropa Oyunlarının loqosuna gəldikdə, deyə bilərəm ki, çox düşünülmüşuğurlu bir loqo seçilib. Biz bunu çox yüksək qiymətləndiririk. Ancaq bu sahədə çalışdığımız üçün biz də istəyirik ki, öz töhfələrimizi əsirgəməyək. Bu məsələdə öz baxış tərzimizi, yanaşmamızı ortaya qoyaraq, bir növ, “Bakı-2015”in təbliğatında iştirak edirik. Hazırladığımız bədii tərtibatlara gəlincə isə, deyə bilərəm ki, burada müxtəlif qrafikanın interpretasiyası, yüksək zövqmodern tərtibat var”.

Avropa Oyunlarının hər bir yaradıcı gəncdə fəxarət hissi doğurduğu aydın şəkildə hiss olunmaqdadır. Bu gün Azərbaycanda əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclərin ölkənin əsas innovativ potensialı və əmək resursu olduğunu da nəzərə alsaq, açıq şəkildə deyə bilərik ki, gənclər, könüllülər  “Bakı-2015”in tarixə qızıl hərflərlə yazılması üçün bütün tapşırıqları layiqincə yerinə yetirəcəklər.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 23 may.- S. 7.