Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə Çin
Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin
Xalq Respublikası tərəfindən Azərbaycan
Respublikasına təmənnasız hərbi yardım göstərilməsi
haqqında Sazişə Əlavə Protokolun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında sazişə 2015-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2015-ci il
Azərbaycan.-2015.-
24 may.- S. 1.