Azərbaycanın xarici
işlər naziri Riqa
Sammitinin yekun bəyannaməsi
ilə bağlı narazılığa aydınlıq gətirib
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı”
proqramına üzv ölkələrin Riqada keçirilən
Sammitinin yekun bəyannaməsi ilə bağlı ölkəmizin
narazılığı məsələsinə
aydınlıq gətirib.
Nazir
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”na
üzv ölkələrin ərazi
bütövlüyünü birmənalı şəkildə
dəstəklədiyini xatırladaraq narazılığı
hansı məsələnin doğurduğu məqamı diqqətə
çatdırıb: “Biz bildirdik ki, bizim üçün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsas həlli
prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir.
Onlar isə bunu sammitin bəyannaməsinə daxil etmək istəmirdilər.
Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik
Şurasının qətnamələri ən önəmli
hüquqi sənədlərdir və münaqişə də
bu sənədlər əsasında həll olunmalıdır.
Bununla belə, sonda razılıq əldə edildi ki, Azərbaycan
da bəyannaməni imzalasın, lakin xüsusi rəylə.
Mayın 25-də Xarici İşlər Nazirliyi tərəfindən
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı mövqeyinin əks olunduğu
xüsusi bəyanat göndəriləcək. Bu bəyanat sammitin
yekun sənədinə əlavə ediləcək, bununla da məsələ
bitəcək”.
Azərbaycan.-2015.- 24 may.- S. 5.