Azərbaycan naminə
YAP gəncləri
“Bakı-2015”in ən fəal
könüllüləri olacaqlar
İntibah dövrünü yaşayan Azərbaycan hər il mühüm nailiyyətlərə imza atır, beynəlxalq miqyasda imicini durmadan artırır. Bir vaxtlar çoxuna xəyal kimi görünən arzular reallığa çevrilir. 25 il öncə sovet imperiyasının tərkibindən xilas olmağa çalışan Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən müstəqil dövlət kimi adını tarixə yazıb. İndi Azərbaycan həm də dünyanın enerji xəritəsinə öz korrektələrini edən dövlətdir.
Gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın müxtəlif sahələrinin davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin yüksək inkişafını təmin etmişdir. Son illər Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də sübut edir ki, ölkəmizin seçdiyi yol düzgündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən bütün bu uğurların təməlində isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası dayanır.
İndi isə
xalqımız tariximizə qızıl hərflərlə
yazılacaq daha bir
möhtəşəm tədbirə hazırlaşır. Azərbaycan
I Avropa Oyunlarına ev
sahibliyi edəcək. Məlum olduğu kimi, Avropa Oyunları indiyədək təsis edilən
sonuncu qitə yarışıdır. Digər
qitələrdə bu tip
idman yarışları mövcuddur,
Avropada isə ilk dəfə
2012-ci ilin dekabrında Avropa
Oyunları təsis edilib. O zaman ilk Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərar ölkəmizin müstəqillik dövründə nail olduğu ən böyük uğurlardan biridir. Çünki hər
bir beynəlxalq idman təşkilatı
yarışa ev sahibliyi
edəcək dövləti müəyyən edərkən onun imkanlarını, infrastrukturunu,
siyasi-ictimai vəziyyətini nəzərə
alır. Avropa Oyunları miqyasına
görə Olimpiya Oyunlarından heç də geri
qalmır. Bu cür
yarışa ev sahibliyi
etmək istəyən ölkənin hər bir
idman növü üçün infrastrukturu
olmalıdır. Azərbaycanın da belə
imkan və şəraiti var,
özü də yüksək səviyyədə.
Son 15 ildə
Azərbaycanda 40-dan artıq
Olimpiya İdman Kompleksi inşa olunub. Əvvəllər mövcud olmuş bütün idman qurğuları yenidən qurulub. Onlarca dünya və Avropa miqyaslı idman yarışlarına ev sahibliyi
edib. Elə Avropa Olimpiya Komitəsi də I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
barədə qərarını
qəbul edərkən
ölkəmizin real imkanlarını,
son illər çoxsaylı
idman yarışlarına
ev sahibliyi
etməsini, Olimpiya hərəkatının burada
geniş vüsət alması və digər amilləri nəzərə alıb. I Avropa Oyunlarının
keçirilməsi bütün
Avropa Olimpiya hərəkatı üçün
də tarixi hadisədir.
Azərbaycanda I Avropa Oyunlarına hazırlıq işləri
2013-cü ilin əvvəllərində
start götürdü. Həmin
ilin yanvarında Prezident İlham Əliyevin sərəncamına
əsasən ölkəmizin
birinci xanımı,
YAP sədrinin müavini,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat
Komitəsinin cəmi
2 il yarım vaxtı vardı. Olimpiya Oyunlarında və ona bənzər
yarışlarda isə
ev sahibi
olan ölkənin hazırlıq işlərinə
ən azı 7-8 il vaxtı olur.
Müddətin az olmasına baxmayaraq, Təşkilat Komitəsi öz işini sürətlə
və keyfiyyətlə
apardı. Bu müddətdə
Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi
və Velopark inşa olundu, Atletlər kəndi yaradıldı, neçə-neçə
idman qurğusu beynəlxalq standartlara uyğun yenidən quruldu.
Artıq hazırlıq və təşkilati işlər
başa çatıb
və indi ölkə ictimaiyyəti
I Avropa Oyunları məşəlinin “Atəşgah”dan
başlayan səyahətini
izləyir. Məşəlin səyahətində Yeni Azərbaycan Partiyasının üzvləri,
o cümlədən YAP Gənclər
Birliyinin təmsilçiləri
fəal iştirak edirlər. Ümumiyyətlə, YAP üzvləri hər ölkə miqyaslı tədbirlərdə
yaxından iştirak etməklə töhfələrini
verirlər. I Avropa Oyunlarında da belədir. Məlum olduğu kimi, bu mötəbər idman tədbirində müxtəlif vəzifələri
icra etmək üçün 12 mindən
artıq könüllü
cəlb edilib. Onların arasında YAP üzvü olan gənclərimiz də kifayət qədərdir. Odur ki,
I Avropa Oyunlarının
alovunun rayonlar üzrə səyahətini
izləyəndə məşəlçilər
arasında YAP üzvlərini
də görmək olar.
YAP üzvləri olan gənclərimizin I Avropa Oyunlarında iştirakı
yalnız bununla bitmir. Məlum olduğu kimi,
antiazərbaycançı şəbəkə,
o cümlədən ermənilər
hazırda Azərbaycana
qarşı qarayaxma kampaniyasına start veriblər.
Bununla əlaqədar gənclərimiz sosial şəbəkələrdə antiazərbaycançı dairələrin
yalanlarının ifşa
olunması, I Avropa Oyunlarının təbliği
istiqamətində geniş
iş aparırlar.
YAP üzvü olan gənclərin I Avropa Oyunlarına hazırlıq
proseslərində iştirakı
və ümumiyyətlə,
gənclərimizin ölkə
həyatındakı rolu
YAP Gənclər Birliyinin
mayın 16-da keçirilən
IV hesabat-seçki konfransında
geniş müzakirə
olunub. Ulu öndər Heydər
Əliyevin ideyalarına
sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə
geniş imkanların yaradılmasına, onlarda milli təfəkkürün,
vətənpərvərlik ruhunun formalaşdırılmasına
xüsusi diqqət yetirir. Beləliklə, partiyamız gənclərin
inkişafı üçün
bütün imkanları
yaradır və gənclərlə sıx
işləməyi başlıca
hədəflərindən biri
hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi taleyini YAP ilə bağlayır.
Hesabat dövründə
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından
daha da genişlənmişdir. 1 yanvar 2015-ci ilə tərtib olunmuş statistik məlumatlara əsasən, partiya sıralarında təmsil
olunan gənclərimizin
sayı 250 mindən çoxdur. Bu isə ümumilikdə Yeni Azərbaycan Partiyası üzvlərinin
40 faizi deməkdir.
Konfransda
çıxış edən
Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi
məsələlər üzrə
köməkçisi, YAP İdarə
Heyətinin üzvü
Əli Həsənov bildirib ki, bu
gün dövlət başçısı İlham
Əliyevin də gənclərlə bağlı
siyasətinin mərkəzində
dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar
kimi yetişdirməkdir.
“Prezidentin fikrincə,
vətənpərvər insan
sadəcə olaraq sözdə Azərbaycanı
sevən gənclər
olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün
özünün potensialını
ortaya qoymağı bacaran insan olmalıdır.
Azərbaycan gəncləri bilikli,
savadlı, Vətənə
bağlı olmalı
və ölkəmizin
gələcək inkişafına
töhfələrini verməlidirlər.
Azərbaycan dövlətinin gənclərdən
əsas gözləntisi
dövlətçilik və
vətənpərvərlik hissləridir. Hər bir
gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən,
bizə qarşı yönələn təzyiqlərdən
qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə
sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən,
dinindən, irqindən
asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq
ideyası hiss etməlidir”
- deyə Əli Həsənov bildirib.
YAP Gənclər Birliyinin
sıraları durmadan
genişlənir və
xeyli sayda gəncin öz gələcək taleyini bu partiyanın fəaliyyətinə bağladığını
diqqətə çatdıran
Əli Həsənov deyib ki, bunun
əsas səbəbi partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi
və partiyanın sədri İlham Əliyevin hazırda apardığı məqsədyönlü
siyasətdir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək
YAP Gənclər Birliyinin
fəaliyyətini yüksək
qiymətləndirib. Bildirib ki, YAP-a üzv
olan gənclər ölkəmizin ictimai-siyasi
həyatında yaxından
iştirak edirlər, öz sıralarını
daha da genişləndirirlər.
Bu gün YAP Gənclər
Birliyi böyük bir gücü öz ətrafında birləşdirib. Azərbaycan gəncliyinin
ən layiqli nümayəndələri partiyanın
sıralarında toplaşıblar.
Əli Əhmədov deyib: “Gənclik hər bir cəmiyyətdə,
o cümlədən Azərbaycan
cəmiyyətində müasirliyin,
yeniliyin daşıyıcısıdır.
Azərbaycan gəncliyi də
Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə
siyasətinə ən
böyük dəstək
verən ictimai qüvvə kimi özünü göstərib.
Hesab edirəm ki, məhz bu gənclik
Azərbaycanın gələcəkdə
daha firavan həyatının təmin
olunmasına böyük
töhfələr verəcək.
Partiyanın sıralarında olmaqla əldə etdikləri biliklər, təcrübələr gənclərə
gələcəkdə daha
səmərəli fəaliyyət
göstərmək üçün
əsas verir”.
Əli Əhmədov onu da qeyd edib
ki, bu gün
YAP-ın sıralarında
650 mindən çox vətəndaş cəmləşib
və bu, böyük bir qüvvədir: “Partiyamızın
sıralarında olmaq
hər bir üzvümüz üçün
qürur mənbəyinə
çevrilib. Bu, sadəcə bir statistika deyil, bu, 650 mindən çox Azərbaycan vətəndaşının ümummilli
liderin ideyalarına dərin məhəbbətinin
göstəricisidir, bu
ideyaları reallaşdıran
Prezident İlham Əliyevin siyasətinə
sədaqətin ifadəsidir.
Çünki Yeni Azərbaycan
Partiyası yarandığı
gündən Azərbaycan
dövlətinə sədaqətlə
xidmət edib”.
Konfransda YAP Gənclər Birliyinin sədri və müavinləri, 63 nəfər
şura üzvü,
15 nəfər idarə
heyətinin üzvü
seçilib. Əminliklə deyə bilərik ki, öz fəaliyyətlərində
ulu öndər Heydər Əliyevin ideyalarını və Prezident İlham Əliyevin siyasi kursunu rəhbər tutan YAP-da təmsil
olunan gənclər bundan sonra da
Azərbaycanın ictimai-siyasi
həyatında yüksək
fəallıq nümayiş
etdirəcək, dövlətçilik
maraqları və ölkəmizin inkişafı
naminə qarşılarında
duran ümdə vəzifələrini layiqincə
yerinə yetirəcəklər.
Seymur ORUCOV,
YAP Gənclər
Birliyinin sədri
Azərbaycan.-2015.-
26 may.- S.4.