“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 10/88

 

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ının struktur elementlərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  8 iyul 2010-cu il tarixli 15/52 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1.      Aşağıdakı məzmunda preambula əlavə edilsin:

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanunu ilə bu Təlimatla tənzimlənir.”

1.2.      Preambuladan sonra “1. Maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi”, 1.7-ci bənddən sonra “2. Maliyyə vəsaitlərinin uçotu, maliyyə hesabatlarının (məlumatının) hazırlanması, təqdim dərc edilməsisözləri əlavə edilsin Təlimatın strukturuna daxil olan bənd yarımbəndlər müvafiq olaraq nömrələnsin;

1.3.      1.3-cü bənddənAzərbaycan Respublikasının “(bundan sonra - Seçki Məcəlləsi)” sözləri çıxarılsın;

1.4.      2.3-cü bənddə “15 iyul 1998-ci il tarixli İ-62” sözləri “30 may 2006-cı il tarixli İ-51  sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində  bu qərarın rəsmi dərc edilməsi qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

Azərbaycan.-2015.- 26 may.-  S.10.