“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin
nəticələri haqqında dairə seçki
komissiyası protokolunun doldurulması
qaydasına dair İzah”ın təsdiq
edilməsinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 10/90
Azərbaycan
Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən
və seçki (referendum) münasibətlərinin daha mükəmməl
nizama salınması zərurətindən irəli gələn
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi
və seçkilərin (referendumun) hazırlanıb
keçirilməsi ilə əlaqədar Mərkəzi
Seçki Komissiyası tərəfindən qəbul edilmiş
bir sıra hüquqi aktların təkmilləşdirilməsinə
ehtiyac yaranmışdır.
Ona
görə də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun
normativ xarakterli aktlara dair yeni tələbləri (struktur
elementləri, dərc və s.) və qüvvədə olan
müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin
daha da mükəmməl nizama salınması zərurəti əsas
götürülərək, yeni “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
səsvermənin nəticələri haqqında dairə
seçki komissiyası protokolunun doldurulması qaydasına
dair İzah”ın qəbul edilməsi yolu ilə qüvvədə
olan və eyni münasibətləri tənzimləyən
aktı qüvvədən düşmüş hesab edilməli,
qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi
dərc edilməsi ilə əlaqədar Mərkəzi
Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri
daxilində qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə müvafiq tədbirlər
görülməlidir.
Mərkəzi
Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1.
“Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə səsvermənin nəticələri
haqqında dairə seçki komissiyası protokolunun
doldurulması qaydasına dair İzah” təsdiq edilsin (əlavə
olunur).
2. Bu
İzah qüvvəyə mindiyi gündən Mərkəzi
Seçki Komissiyasının 18 sentyabr 2010-cu il tarixli 23/97-2
saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
səsvermənin nəticələri haqqında dairə
seçki komissiyası protokolunun doldurulması qaydasına
dair İzah” qüvvədən düşmüş hesab
edilsin.
3. Mərkəzi
Seçki Komissiyası öz səlahiyyətləri daxilində
bu qərarın 1-ci bəndində göstərilmiş
İzahın rəsmi dərc edilməsi və qüvvəyə
minməsi ilə bağlı qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlərin görülməsini təmin
etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2015.- 26 may.- S.10.