Nəzarət-təftiş xidmətinin
yaradılması barədə Mərkəzi Seçki
Komissiyasının 10 oktyabr 2011-ci il tarixli 10/35 saylı qərarında
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 10/91
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 97-ci maddələrinə və
“Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzarət-təftiş xidməti
haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qərara alır:
1. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 10
oktyabr 2011-ci il tarixli 10/35 saylı Qərarının 1-ci bəndinin
4-cü yarımbəndi aşağıdakı kimi oxunsun:
“Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Maliyyə şöbəsinin müdiri;”
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2015.- 26 may.- S.10.