“Bakı-2015”in start götürəcəyi möhtəşəm arena

 

14 gün, 800-dən artıq idmançı, 3 növ yarış, 54 dəst medal...

 

Artıq ilk Avropa Oyunlarının keçiriləcəyi bütün arenalarda tamamlanma işləri başa çatmaq üzrədir. Demək olar ki, əksər idman obyektlərində test xarakterli yarışlar da keçirilmiş yaxşı nəticələr qeydə alınmışdır. Yarışların keçiriləcəyi arenalardan biri Bakı Su İdmanı Sarayıdır.

Çoxəsrlik tarixi olmasına baxmayaraq, üzgüçülük idman növü kimi 1800-cü illərə qədər populyar deyildi. Belə yarışlar 1908-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarına qədər açıq sularda keçirilirdi. Bu növdə qələbə qazanmaq üçün idmançılardan suda yarışmaq əllərini finiş xəttinə vurmaq tələb olunur. Qaliblə axırıncı yeri tutanın arasındakı fərq bəzən çox cüzi ola bilər.

Su idman növləri arasında üzgüçülük “Bakı-2015”in proqramına da daxil edilib. Bakı Su İdmanı Sarayında yarışların necə hansı formatda keçirilməsini öyrənmək üçün yolumuzu oradan saldıq.

Öncə xatırladaq ki, Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsi tikintisi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb. 2013-cü il aprelin 19-da dövlət başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub. 2 ildən sonra isə arenanın açılışı keçirilib. Aprel ayının 20-də keçirilən mərasimdə Prezident İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva iştirak ediblər.

Bakı Su İdmanı Sarayının baş meneceri Lauren Skrimqur bizə bildirdi ki, tikintidə ən müasir avadanlıq inşaat materiallarından istifadə olunub. Bu nəhəng idman qurğusunun arxitekturası müasir üslubu gözəlliyi ilə seçilir. Altı hektar ərazisi olan saray yüksək keyfiyyətlə inşa edilib artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən ümumi sahəsi 72 min kvadratmetr, uzunluğu 220, eni 150, hündürlüyü 35 metr olan binanın istismar müddəti ən azı 50 ildir.

Su İdmanı Sarayında üç hovuz var. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1; 3; 5; 7,5 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib.

Lauren Skrimqur binada günəş enerjisini elektrik enerjisinə çevirən funksiyalı qurğuların da olduğunu dedi: “Bu saray müasir texnologiyalar əsasında inşa olunub. Bu müasirlik isitmə havalandırma sisteminə aiddir ki, burada enerjiyə qənaət sistemindən istifadə olunub. Binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi şüşə panellərindən istifadə edilib. Onlar günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Onlardan alınan elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək”.

Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Sarayda mübarizənin gedişini işıqlandırmaq üçün hər cür şəraiti olan ayrıca VIP media bölmələri var.

Lauren Skrimqurun sözlərinə görə, arenada məşqlər üçün tikilmiş üzgüçülük hovuzunu iki hissəyə ayırmaq mümkündür. Lazım gəldikdə dərinlik səviyyəsi dəyişilir. Atletlərə yarışa çıxmağa az qalmış isinmə hərəkətlərini etmək üçün zal da yaradılıb. Məşqçilər yetirmələrini kamera vasitəsilə izləyə, nədə səhv etdiyini, qüsurlu hərəkətlərini aydınlaşdıra bilərlər.

Sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları digər işçi, köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq da var.

Yarışlara gəldikdə Lauren Skrimqur əminliklə dedi ki, Su İdmanı Sarayı da Avropa Oyunlarında tarix yazacaq ən öncül arena olacaq. Çünki iyunun 12-də keçiriləcək açılış mərasimindən sonra ilk yarış bu arenada reallaşacaq. İdmançılar sinxron üzməklə “Bakı-2015”ə rəsmən start verəcəklər. Bakı Su İdmanı Sarayında keçiriləcək 14 günlük yarış müddətində 800-dən çox iştirakçı 3 növ üzrə - üzgüçülük, suya tullanma sinxron üzgüçülük üzrə yarışlarda 54 dəst medal uğrunda mübarizə aparacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 27 may.-  S.1-2.