Uruqvayın “Uypress” xəbər agentliyi I Avropa Oyunlarından bəhs edir
Uruqvayın “Uypress” xəbər agentliyi “Azərbaycanın
paytaxtı “Bakı-2015” I Avropa
Oyunlarını qəbul
edir” adlı məqalə yayıb.
Məqalədə bildirilir ki, iyunun 12-28-də Xəzər
dənizinin sahilində,
Avropanın və Asiyanın qovuşuğunda
yerləşən Azərbaycanın
sürətlə inkişaf
edən paytaxtı Bakı şəhəri Avropadan 6000-dən çox
idmançını qəbul
etməyə hazırlaşır.
Müəllif Avropa Oyunlarına hazırlıqla bağlı
Bakıda yaradılmış
müasir infrastruktur, Oyunlar çərçivəsində
müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar,
habelə növbəti
illərdə Azərbaycanda
təşkil olunacaq beynəlxalq əhəmiyyətli
digər idman tədbirləri barədə
də məlumat verir.
Məqalədə son illərdə Azərbaycanda
müşahidə olunan
sürətli iqtisadi inkişaf da diqqətə çatdırılır. Bildirilir ki,
Cənubi Qafqazın iqtisadiyyatının 80 faizindən
çoxu Azərbaycanın
payına düşür.
Ölkədə böyük karbohidrogen
ehtiyatlarının istismarı,
nəqliyyat, infrastruktur,
telekommunikasiya, tikinti,
turizm və aqrosənaye sahələrindəki
önəmli sərmayələr
hesabına ümumi daxili məhsul dəfələrlə artıb.
Yazıda, həmçinin Azərbaycanda
tolerantlıq, dünyəvilik
və müxtəlif dinlərin nümayəndələrinin
sülh şəraitində
birgə mövcudluğu
ənənələrindən də bəhs olunur.
Azərbaycan.-2015.-
27 may.- S.7.