Azərbaycanda qara metallurgiya sənayesi: görülmüş işlər və fundamental inkişaf perspektivləri

 

İlham ƏLİYEV: “Güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik”

 

Azərbaycanın zəngin neftqaz ehtiyatlarından səmərəli istifadə edərək əldə olunan gəlirin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsi dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin başlıca istiqamətidir. Bu mənada sabitfundamental iqtisadiyyatın formalaşması ölkədə qeyri-neft sektorunun inkişafına ciddi zəmin yaratmışdır. Görülmüş işlər turizm, səhiyyə, tikinti, kənd təsərrüfatı, yüngülqida sənaye sektorlarının inkişafına səbəb olmuşdur.

Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin, o cümlədən metallurgiya sahəsinin inkişaf etdirilməsi xüsusi vurğulanmışdır. Xatırladaq ki, Azərbaycanda metallurgiya sənayesinin yaradılması məqsədilə Prezidentin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC (ASPC) təsis edilmişdir. QSC 6 iyun 2014-cü il tarixində rəsmi dövlət qeydiyyatından keçmiş və fəaliyyətə başlamışdır.

Kompleks öz fəaliyyətində Prezidentin Azərbaycanda qara metallurgiya sənayesinin formalaşmasına dair söylədiyi fikirləri əsas çağırış kimi müəyyən etmişdir. “Güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik. Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Biz çalışmalıyıq öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaqbu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır”.

“Azərbaycan Polad İstehsalı KompleksiQSC-nin (ASPC) fəaliyyət istiqamətləri qarşıya qoyulmuş əsas vəzifəyə uyğun olaraq, Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən istehsal kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqinin həyata keçirilməsini, kompleksin maddi-texniki bazasının müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafını əhatə edir. Bu çərçivədə ASPC-nin növbəti strateji dövrdə fəaliyyəti iki əsas istiqamətdə formalaşmışdır: Daşkəsən Filizsaflaşdırma Kombinatının fəaliyyətinin səmərəliyini təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılması; Gəncə şəhəri ərazisində Polad

İstehsalı Kompleksinin yaradılması.

 

Dəmir filizinin hasilatının keyfiyyət və kəmiyyət parametrlərinin yüksəldilməsi diqqət mərkəzindədir

 

Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatı deməkdir. Çıxarılma nisbətini ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.

ASPC qısa vaxt ərzində struktur vahidi olanDaşkəsən Filizsaflaşdırma” ASC- təxirəsalınmaz tədbirlər görmüş, yeni texnika avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin etmişdir. Belə ki, bağlanmış müqavilələrlə müəssisəyə ağır yükgötürmə qabiliyyətinə malik 12 “BelAzkaryer maşını, iri tonnajlı ekskavator buldozerlər alınmış, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlanmışdır. Kombinatda aparılmış yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlmiş, həm dəmir filizi konsentratının keyfiyyəti ilk dəfə olaraq 65 faizə yüksəlmişdir. Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcminin ilin sonuna qədər 750 min tona çatdırılması nəzərdə tutulur. 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa catdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratının istehsalı hədəflənir.

Qeyd etmək lazımdır ki, müəssisənin əməkdaşlarına 2013-2014-cü illərdən yığılmış əməkhaqqı sosial müavinətlər tam ödənilmişdir, kombinatın əməkdaşlarının əməkhaqları 20 faiz artırılmış, əməkhaqlarının vaxtında ödənilməsi rejimi təmin edilmişdir.

 

Gəncə şəhəri ərazisində Polad İstehsalı Kompleksi yaradılır

 

Ölkədə polad istehsalı kompleksinin yaradılması məqsədilə Gəncə şəhəri ərazisində 140 ha ərazi ASPC-nin sərəncamına verilmişdir. Ötən müddət ərzində ölkənin polad məhsulları bazarı öyrənilmiş, daxili tələb ölçülmüş, istehsal meyarları müəyyən olunmuşdur. Dövlət Statistika Komitəsi Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən, ölkəmizə illik orta hesabla 1,2-1,3 mlrd. dollar həcmində polad polad məhsulları idxal olunur. İqtisadiyyat Sənaye Nazirliyinin cəlb etdiyi Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin Azərbaycanda bazar araşdırmaları nəticəsində hazırladığı yekun hesabatda isə ölkəyə hər il 500 min ton uzun polad məhsulları (armatur, şveller s.) 300 min ton digər polad məhsulları idxal edildiyi göstərilir.

Gəncədə yaradılacaq Polad İstehsalı Kompleksinin ən qabaqcıl standarlara uyğun qurulması, yüksək avtomatlaşma səviyyəsi ən yeni texnoloji avadanlıqlar ilə təchiz olunması nəzərdə tutulur. Qeyd edək ki, zavodlara bütün avadanlıqlar Yaponiya ya Almaniyadan gətiriləcək. İllik 1,5 milyon ton istehsal gücü olan zavodlarda hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq ilkin mərhələdə daxili bazarın müxtəlif seqmentlərinin (tikinti, gəmiqayırma, neft-qaz, müdafiə sənayesi s.) tələblərini tam ödəməyə istiqamətlənəcək. İstehsal olunacaq məhsulların çeşidliliyi rəqbətə davamlı olması onların daxili bazarla yanaşı, xarici bazarlara da çıxışını təmin edəcək. Beləliklə, Azərbaycanın qısa müddət ərzində polad məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi nəzərdə tutulur.

Ötən müddət ərzində kompleksdə qurulacaq Dənəvər, Birbaşa Reduksiya, Polad polad məhsulları istehsalı zavodlarının mühəndis layihəsinin, istehsalat prosesi üçün zəruri olan yan istehsalat müəssisələrinin mühəndis layihəsinin hazırlanması, kompleksin qurulmasının hər bir mərhələsinə müəllif texniki nəzarətin təşkili, texniki tapşırıq sənədlərinin hazırlanması prosesində iştirak edən baş layihəçi şirkətlə ilkin razılaşma əldə olunmuşdur. Baş layihəçi qismində Almaniyanın nüfuzlu şirkətinin seçilməsi gözlənilir. Bununla yanaşı, SMS Group (Almaniya), Primetals (Yaponiya-Avstriya), Kobe Steel (Yaponiya), Nippon Steel (Yaponiya), Midrex (ABŞ) metallurgiya sahəsində tanınmış digər şirkətlərdən texniki təkliflər alınmışdır, geniş müzakirələr aparılmışdır.

Azərbaycanın dəmir filizi, təbii qaz, elektrik enerjisi ilə zəngin olması ölkədə polad polad məhsullarınin istehsalı üçün münbit şərait yaradır. Qurulacaq kompleksdə Yaponiya, Almaniya, ABŞ kimi dövlətlərin ən qabaqcıl metallurgiya texnologiyalarının istifadə edilməsi regionda dünyada ən keyfiyyətli poladın istehsal olunacağına əsas verir. Eyni zamanda məhsulun maya dəyərinin Türkiyə Gürcüstan ilə müqayisədə daha ucuz olacağı da şübhə doğurmur. İnşası tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi isə Gürcüstan Türkiyənin şərq bölgəsini bizim ixrac bazarımıza çevirə bilər.

 

İnnovativ texnologiyaların tətbiqi ətraf mühit nəzərdən kənarda deyil

 

Daşkəsən Filizsaflaşdırma Kombinatında dəmir filizinin istehsalı proseslərinin səmərəliyinin artırılması məqsədilə istehsalat prosesinin bütün mərhələlərinə elektron nəzarət sisteminin tətbiqinə başlanmışdır. Vahid mərkəzdən elektron nəzarət sistemi istehsal prosesinin ilkin mərhələsindən son məhsulun əldə olunmasına qədər keçən hər bir mərhələdə məhsulun mövcud statusu parametrləri haqda məlumatları toplayaraq distant nəzarəti təmin edəcək. Belə ki, mütəxəssis nəzarət otağından fabrikdə istehsalat prosesində olan məhsulun sıxlığı, nəmliyi, çəkisi, tərkibindəki dəmir cövhərinin payı, habelə anbardakı ehtiyat həcmi s. bir çox parametrlər haqda məlumatlara operativ nəzarəti həyata keçirəcək.

Bununla yanaşı, Polad İstehsalı Kompleksində ən innovativ texnologiya tətbiq ediləcək. Tikiləcək zavodlarda 3-cü dərəcəli avtomatlaşma səviyyəsinin tətbiq olunması planlaşdırılır. Həmçinin istehsalat prosesində birbaşa reduksiya metodunun (DRI - direct reduction of iron) istifadə olunması nəzərdə tutulur. Polad istehsalında birbaşa reduksiya metodu ən müasir texnologiyaların tədbiqini eyni zamanda ətraf mühitin ekoloji cəhətdən təmiz sağlam qalmasını təmin edir.

 

Kadr bazası gücləndirilir

 

Azərbaycan Polad İstehsalı Kompleksinin strukturuna daxil olan zavodlarda və filizsaflaşdırma müəssisəsində qabaqcıl texnologiyaların tətbiqi, istehsalat proseslərinin beynəlxalq standartlara cavab verməsi kompleksdə mütərəqqi idarəetmə sisteminin formalaşdırılmasını tələb edir. Hazırda formalaşdırılmış insan resurslarının idarəolunması siyasəti yüksək peşəkarlıq, müasir düşüncə, geniş kommunikasiya (o cümlədən xarici dil bilikləri) prinsiplərinə əsaslanır. Bununla yanaşı, gələcəkdə ASPC-nin infrastrukturunun geniş şəbəkəsinin qurulması, inkişaf etdirilməsi və uğurla idarə edilməsi üçün əməkdaşların bilik səviyyəsinin, peşə səriştəsinin və təcrübəsinin artırılması, kadr bazasının peşəkar kadrlarla, təcrübəli mütəxəssislərlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Kompleksin fəaliyyətinin istər idarəetmə səviyyəsində, istər istehsalat prosesinin ilkin mərhələsi olan dəmir filizi yatağında kəşfiyyat, hasilat işlərindən başlayaraq son məhsulun buraxılışınadək hər bir mərhələsində peşəkar kadrların olması prioritet məqsədlərdəndir.

Yeri gəlmişkən qeyd edək ki, Polad İstehsalı Kompleksinin inşası və fəaliyyətə başlaması dövründə regionda 5000-ə yaxın insan işlə təmin olunacaq. Bundan 2700 nəfərədək daimi işlə təmin ediləcək.

Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin, peşəkar və rəqabət qabiliyyətli kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərə yiyələnməsi üçün ASPC ilə Təhsil Nazirliyi arasında, eyni zamanda kompleksin fəaliyyəti çərçivəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsi məsələlərinin birgə icrası ilə bağlı Milli Elmlər Akademiyası ilə xüsusi memorandumlar imzalanmışdır. Bundan başqa, gələcəkdə müasir təlimlərin tələblərinə cavab verən Tədris Mərkəzinin yaradılması da nəzərdə tutulur. Əməkdaşların biliklərinin dərinləşməsi və təcrübə mübadiləsi məqsədilə xarici ixtisasartırma kurslarına göndərilməsi, xarici ekspertlərin dəvət olunması da planlaşdırılır.

 

Azərbaycanda ağır sənaye klasteri formalaşır

 

“Azərbaycanda sənaye klasterləri yaradılır, yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur”. Ölkə başçısının bu tələbi Azərbaycanın qeyri-neft ağır sənaye strategiyasını müəyyən edir.

2008-ci il qlobal iqtisadi böhranından sonra bir çox ölkələrdə strateji sektorlarda dövlətin sahibkar və tənzimləyici rol oynaması yenidən ön plana çıxmışdır. Hazırda dünyanın bir çox qabaqcıl və inkişaf etmiş ölkələrində ağır sənaye, dəmir yolları, hava yolları və digər strateji sahələr, eləcə də təbii resursların çıxarılması və işlədilməsi dövlət tərəfindən tənzimlənərək idarə edilir.

Ölkəmizdə özəlləşdirmə proseslərindən sonra görürük ki, sənayenin qidayüngül seqmentlərində bu proses uğurlu alınmış və müsbət nəticələr vermişdir. Amma metallurgiya sahəsində nəticələr o qədər də effektiv olmamışdır. Misal kimi “Azərboru” ASC və “Bakı Poladtökmə” zavodlarını göstərmək olar. “Azərboru” ASC özəlləşmədən əvvəl 2011-ci ildə xarici ölkələrə 90 min ton tikişsiz boru ixrac edərək ölkəyə milyonlarla gəlir gətirən bir müəssisə olmuşdur. Təəssüf ki, 2013-cü ildən etibarən müəssisənin qeyri-effektiv idarə olunması nəticəsində işçi heyəti azalmış, müəssisənin borcları yaranmış və nəticədə fəaliyyəti dayanmışdır. “Bakı Poladtökmə” ASC-nin də fəaliyyəti eyni aqibətlə üzləşmişdir. Bu zavodların fəaliyyətinin bərpası və səmərəli istehsalat prosesinin təmin edilməsi üçün müvafiq dövlət qurumunun strukturuna daxil edilməsi ölkədə ağır metallurgiya klasterini tamamlayacaqklasterin şaxəli inkişafını təmin edəcək.

 

Eldəniz CƏFƏROV,

“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar

Cəmiyyətinin Satınalma Logistika Departamentinin Direktoru

Azərbaycan.-2015.- 27 may.-  S.9.