Azərbaycan çiçəklənsin

 

1993-cü ilin sonu, 1994-cü ilin əvvəlləri idi. Azərbaycanın siyasi havasında gərginlik artırdı. Uzaq-yaxın qonşu ölkələrdəki “dirijorlar

 

“Dəcəl meymun, çolaq ayı, çəp keçi

Bir ulağa yoldaş olub hər üçü” -

 

təmsilində olan siyasət “çalğıçılar”ını Azərbaycanda toplayıb “simfonik orkestryaratmaq istəyirdilər. “Orkestri Heydər Əliyevin qarşısına çıxarsınlar. Ulu öndərlə oyun oynasınlar. Onların oyun səviyyəsi kartda fırıldaqla iyirmi bir xal toplamaq kimi bəsit idi. Siyasətin dahi ustası ulu öndər isə o zaman Bakı-Tbilisi-Ceyhan layihəsinin son gedişlərini düşünürdü. Eyni zamanda ətrafda baş verənləri təmkinlə izləyirdi, əlbət ki, onların da cavabını düşünmüşdü, əlinin altında saxlayırdı. O zaman mən ulu öndərə bir şeir ithaf etmişdim. Şeir on doqquz misradan ibarət idi. Lakin diqqətlə oxuyanda şeirdə daha iki misranın olduğunu görə bilərdilər. Bu misralar hər sətrin baş hərfindən yaranırdı. Olurdu iyirmi bir misra.

1994-cü ildə şeiri “Azərbaycan” qəzetinə göndərdim. Şeiri materialların arasında kiçik şriftlə verdilər. Sonra 1995-ci ildə mənim altmış illik yubileyimə ulu öndər gəlmişdi. Söhbət əsnasında Rəfiq Zəka dedi:

- Cənab Prezident, Fikrət Sizə bir şeir yazmışdı. Azərbaycanqəzetində çap olunmuşdu.

- Bəs mən niyə görməmişəm?

Hamı susdu. Rəfiq sükutu pozdu:

- Üstdən aşağı şeirin baş hərflərini oxuyanda

 

Heydər paşa,

            min il yaşa

 

alınır.

Ulu öndər gülümsündü:

- , mən görməmişəm, baxaram, - dedi.

İndi həmin şeiri yenidənAzərbaycanqəzetinə təqdim edirəm. Şeirdə dilədiyim arzular artıqlaması ilə yerinə yetib.  Yaxın-uzaq ölkələrdədirijorlaryenizurnaçılar”dan ibarətsimfonik orkestrtoplamaq istəyirlər.Çalğıçılar” “hava” korlayırlar. Lakin Azərbaycan o Azərbaycan deyil! İndi onun sükanında ulu öndərin davamçısı İlham Əliyev dayanıb, qarşısına çıxan bütün maneələri əzib keçəcək. Azərbaycanın istiqlaliyyəti sarsılmazdır!

 

Heydər paşa,

min il yaşa!

 

Hamı onu ata bildi,

Ellər ayağına gəldi.

Yollarına gül səpildi...

Dərdi daim elin dərdi...

Əli soyundan Heydərdi,

Rəhbərdi, xalqa rəhbərdi...

 

Parlaq gələcək namına,

Allah çatsın imdadına,

Şan-şöhrəti yenə qaytar,

Azərbaycanın adına!

 

Müstəqil bir ölkə yarat,

İlham versin sənə həyat...

Nağıldan da gözəl olsun!

 

İllər gəlsin, şanlı illər,

Lalə açsın qanlı çöllər.

 

Yaşa deyək sənə, qardaş!

Arzuların gerçəklənsin,

Şan-şöhrətin ellər gəzsin,

Azərbaycan çiçəklənsin.

 

Fikrət QOCA

1994-cü il

 

Azərbaycan.-2015.- 27 may.-  S.12.