Azərbaycan Prezidenti İlham Əliyev Misirin Cənubi
Sinay
əyalətinin qubernatorunun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də
Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin
qubernatoru Xaled Foudanın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Dövlətimizin
başçısı qubernator Xaled Foudanın rəhbərlik
etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin
uğurlu olacağına və ölkəmizlə yaxından
tanışlıq üçün yaxşı imkan
yaradacağına əminliyini bildirdi. Prezident İlham
Əliyev ölkələrimiz arasında həm ikitərəfli,
həm çoxtərəfli və eləcə də
regionlararası əməkdaşlıq əlaqələrinin
yüksək səviyyəyə qaldırılmasının
önəmini vurğuladı və bu əlaqələrin
inkişaf etdirilməsinin daim diqqət mərkəzində
saxlanılmasının zəruriliyini bildirdi.
Xalqlarımızın bir-birinə böyük rəğbət
bəslədiyini deyən dövlətimizin
başçısı əməkdaşlığımızın
yeni istiqamətlərinin müəyyənləşdirilməsi
baxımından da səfərin əhəmiyyətini qeyd
etdi.
Cənubi
Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb
Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, 28 May - Respublika Günü münasibətilə
dövlətimizin başçısını təbrik etdi.
Xaled Fouda Azərbaycana ilk dəfə səfər etməsinə
baxmayaraq, artıq ölkəmizdə gedən sürətli
inkişaf proseslərinin onlarda dərin təəssürat
yaratdığını dedi. Misirli qonaq Azərbaycanın
regionda aparıcı ölkə olduğunu qeyd edərək
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
dünyada dinlərarası və mədəniyyətlərarası
dialoqun genişləndirilməsi, ölkəmizin regionda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi
işində mühüm rol oynadığını
vurğuladı. Birinci Avropa Oyunlarının ilk dəfə
olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən
Xaled Fouda 2017-ci ildə İslam Həmrəylik
Oyunlarının ölkəmizdə keçirilməsi ilə
bağlı qəbul olunmuş qərarın önəmini də
vurğuladı.
Dövlətimizin
başçısı Prezident Əbdülfəttah əs-Sisinin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Misir dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 28 may.- S.4.