IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə “Ekoloji Menecment” dərs vəsaiti nəşr olunub

 

Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik “Ekoloji Menecment” dərs vəsaitinin ictimaiyyət üçün təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçünstolüstü kitab kimi xüsusi əhəmiyyət daşıyır.

Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühitinsan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi vacib mövzuları əhatə edir.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak ediblər.

Çıxış edən təbdir iştirakçıları Azərbaycan dilində hazırlanan “Ekoloji Menecment” kitabının ətraf mühit sahəsində təhsil alanbu sahədə çalışan şəxslərin qabaqcıl dünya təcrübəsi ilə tanışlığı baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Tədbirin sonunda iştirakçılara “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.

 

Azərbaycan.-2015.- 28 may.-  S.14.