Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından şəxsən öz adımdan Zati-alinizə Sizin şəxsinizdə Azərbaycan xalqına hökumətinə ölkənizin milli bayramıRespublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Afrikanın diplomatik paytaxtı Əddis-Əbəbədə Azərbaycan səfirliyinin açılması barədə qərarınıza görə Zati-alinizə təşəkkürümü bildirirəm. Azərbaycan səfirliyinin tam şəkildə fəaliyyətini həyata keçirməsindən məmnunluq hissi duyuruq. Əminik ki, bu, qarşıdan gələn illər ərzində ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi istiqamətindəki səylərimizə yardım edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Mulatu Teşome

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 30 may.- S.3.