Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Möhtərəm İlham Heydər
oğlu,
Milli bayramınız
– Respublika Günü
münasibətilə səmimi
təbriklərimi qəbul
edin.
Müasir
Azərbaycan iqtisadiyyat
və dövlət quruculuğu sahəsində
sanballı uğurlara
nail olur, dünya siyasi arenasında layiqli yer tutur,
mədəniyyət və
idman sahələrində
lider mövqelərini
möhkəmləndirir. Bütün
bunlar xalqınızın
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin siyasi kursunun düzgün olduğunu, Azərbaycan xalqının
Sizin fəaliyyətinizi
daim dəstəklədiyini
göstərir. Rusiya cəmiyyəti
Rusiya ilə Azərbaycanın xalqlarımızın
zamanın sınağından
keçmiş və İkinci Dünya müharibəsinin döyüş
meydanlarında daha da möhkəmlənən
qardaşlığına, dostluq
və mehriban qonşuluq münasibətlərinə
əsaslanan dinamik və səmərəli əməkdaşlığını yüksək qiymətləndirir.
Sizə möhkəm cansağlığı
və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Dərin
hörmətlə,
İlyas Umaxanov
Rusiya Federal Məclisi Federasiya
Şurasının sədr müavini
Azərbaycan. - 2015.- 30 may.- S.3.