İqtisadi inkişafa təkan verəcək mötəbər idman tədbiri

 

 

I Avropa Oyunları Azərbaycana mühüm siyasiiqtisadi dividendlər vəd edir

 

Son illər bir sıra iqtisadi, siyasihumanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Azərbaycana üstünlük verilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir, dünya ictimaiyyəti ölkəmizdə aparılan islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Aşkar görünür ki, Azərbaycan sülh, inkişaf və əməkdaşlıq ölkəsi kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir.

Daxilixarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı bu strategiya müstəqilliyimizin ilk illərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edirdisə, bu gün uğurlu daxili siyasət, o cümlədən liberal-demokratik inkişaf, siyasi sistemin sabitliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə diplomatiya sahəsində əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Respublikamız müxtəlif siyasi, iqtisadi, humanitar-mədəni forumların reallaşdırılmasında fəal iştirak etməklə ilk növbədə sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə sadiqliyini, tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini sübuta yetirir.

Belə tədbirlər Azərbaycanın dünyaya daha yaxından tanıdılmasına, investisiya cəlbediciliyinin artırılmasına, mədəniyyətinin və incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, respublikanın xaricdə diasporlobbi quruculuğu işinin mühüm tərkib hissəsidir. Şübhəsiz, Azərbaycan dünyada nə qədər çox tanınırsa, bir o qədər də öz həqiqətlərini bəyan etmək, maraq və mənafelərini layiqincə qorumaq imkanı qazanır. Prezident İlham Əliyev praqmatikrealist siyasətçi olaraq bu mərama xidmət edən qlobal tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsinə çalışır. Həmin tədbirlər ölkəmizin beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, mədəniyyətinin, incəsənətinin, musiqisinin təbliği, turizmin inkişafı, sərmayə qoyuluşlarının təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir.

Azərbaycan son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Şübhəsiz, beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələr məkanına çevrilir.

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2012-ci il 8 dekabr tarixli qərarı ilə bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları hələ 2008-ci ildən başlayan “Bakı prosesinin məntiqi davamı olmaqla respublikamızın ictimai həyatın ən müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərinin Avropa və beynəlxalq səviyyədə səmimi etirafıdır. Son 11 ilin yüksək inkişaf trendi - cəmiyyətin yüksək mənəvi-intellektual tərəqqi yoluna qədəm qoyması, ölkəmizin heyrətamiz iqtisadi uğurlara imza atması, yürüdülən müstəqil xarici siyasət və digər çoxsaylı uğurlar belə bir mühüm qərarın qəbuluna ciddi təsir göstərmişdir. İlk Avropa Oyunlarının Bakıda təşkili ölkəmizin real əsaslara söykənən siyasi nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının belə mötəbər tədbirlərin təşkili sahəsində əldə etdiyi böyük təcrübə və respublikamızın malik olduğu iqtisadi potensialla şərtlənir.

Azərbaycanın orta gəlirli dövlətlər sırasında öncül mövqelərdən birini tutması da respublikanın beynəlxalq arenada qətiyyətini, nüfuzunu daha da artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın özünü dünya miqyasında dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim edə bildiyini diqqətə çatdıran dövlət başçısı respublikamızın etibarlı dost və tərəfdaş kimi qəbul olunduğunu xüsusi vurğulamışdır: “Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaqbu oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, I Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır”.

Sirr deyil ki, qlobal miqyaslı siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin təşkili məqsədilə məkanın seçilməsi zamanı hər bir ölkənin siyasi imici, daha dəqiq desək, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, tolerantlıq prinsipinə münasibəti ilə yanaşı, iqtisadi resursları, müasir infrastrukturu da ciddiliklə nəzərə alınır. Bu mənada, mövcud siyasi sabitlikgüclü iqtisadi potensial müxtəlif seçimlər zamanı Azərbaycanın adını ön sıralara çıxarır. Bəli, Azərbaycan dövləti özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli olmamışdır.

Dövlət başçısı İlham Əliyev son 11 ildə ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması mühüm yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Son 11 ildə xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin və milli enerji doktrinasının strateji məqsədləri milli çərçivəni aşaraq Avratlantik geosiyasi arealında uzunmüddətli inkişaf, sabitlik və təhlükəsizliyin təminatına yönəlmişdir. Hökumətin həyata keçirdiyi islahatlar respublika iqtisadiyyatının rəqabətə davamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişi təmin etmiş, Azərbaycan ümumi daxili məhsul istehsalı sahəsində sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirmişdir. Respublikamız bu gün obyektiv səbəblərlə bağlı olaraq enerji dövləti kimi tanınsa da, inkişafının yeni əsaslarını müəyyənləşdirərək innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir çağırışlarına cavab verən bilik iqtisadiyyatının qurulması istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu baxımdan Azərbaycanda ötən illərdə formalaşmış iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı, əhatəli şəkildə təmin edir, tarazlığı qoruyaraq cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir.

Hazırda Azərbaycan Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilmiş 80 ölkədən biridir. Hələ 2012-ci il dekabrın 30-da təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırış və təmayülləri nəzərə almaqla qurur. Yeni mərhələdə əsas vəzifələrdən biri də iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin daha da yüksəldilməsinə, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaq və uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bu strateji məqsədlərə nail olunması üçün ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər uğurla reallaşdırılır.

Bir sıra statistik göstəricilərə əsasən İnkişafın Azərbaycan modeli barədə daha realdolğun təsəvvür formalaşdırmaq mümkündür. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran regional inkişaf proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız bu gün qlobal maliyyə-iqtisadi böhranına əzmlə sinə gərən dövlətlərindən biri kimi tanınır. Son 11 il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar, səmərəli və düzgün dövlət idarəçiliyi nəticəsində respublikamızın iqtisadiyyatı real ifadədə 3 dəfədən artıq, dövlət büdcəsi 19 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enmiş, 1,3 milyondan çox yeni yeri açılmış, valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötmüşdür.

Bir çox dövlətlərdə qlobal böhranın mənfi təsirlərinin hələ də duyulduğu bir zamanda Azərbaycanın davamlı inkişafının ən parlaq nümunəsi həm də yüksək templə gerçəkləşdirilən qlobal investisiya layihələridir. Neftdən əldə olunan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi, ilk növbədə, respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir.

Şübhəsiz, müasir dövrdə dövlət yalnız sosial müdafiə və təminat sistemi vasitəsi ilə hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin edə bilməz. Bunun üçün bir sıra sahələrdə kompleks islahatlar aparılması, o cümlədən infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirməli, qlobal investisiya layihələrini həyata keçirməyə lazımi vəsait ayırmalıdır. Paytaxtın və rayonların yol infrastrukturunun müasirləşdirilməsi, elektrik enerjisi, suqaz təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması və normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, xüsusən də yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrikə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramlarında da məhz bölgələrdə infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması, səhiyyə, təhsil, mədəniyyət, idman müəssisələrinin tikintisi, mədəni-intellektual potensialın yüksəldilməsi məsələləri prioritet olaraq önə çəkilmişdir.

Müasir infrastrukturun yaradılması, Avropa standartları səviyyəsində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, yaşıllıqların salınması və digər tədbirlər hazırda Bakı şəhərini dünyanın ən müasir meqapolislərindən birinə çevirmişdir. İldən-ilə gözəlləşən, müasirləşən paytaxtımız hazırda Avropanın böyük ticarət, iqtisadiyyat, enerji və mədəniyyət mərkəzlərindən sayılır. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu bu mənada həm də respublikamızın malik olduğu müasir idman infrastrukturu ilə şərtlənir. Xatırlatmaq yerinə düşər ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyasını dəstəkləyərkən Bakının müasir infrastuktura malik olduğunu xüsusi qeyd etmişdir. O, dinamik inkişaf edən Azərbaycanın belə bir nüfuzlu idman tədbirini keçirmək imkanında olduğunu, müvafiq araşdırmalardan sonra belə bir ciddi qərarın qəbulunu xüsusi vurğulamışdır.

Avropa Oyunlarına hazırlıq tədbirləri Bakının ümumi inkişafına təkan verməklə yanaşı, idman infrastrukturunun da təkmilləşməsinə imkan yaratmışdır. 2012-ci ildən bəri Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, “Baku Sport City”, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri inşa edilərək istifadəyə verilmişdir. Yarışların 21 idman obyektində keçiriləcəyini nəzərə alsaq, bu, özlüyündə Azərbaycanın zəngin idman infrastrukturundan xəbər verir. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə “Atletlər”, habelə əcnəbi kütləvi informasiya vasitələrinin nümayəndələri üçünMedia kəndi” inşa edilmişdir. Ümumiyyətlə, ötən 2 ildə həyata keçirilən tədbirlər, yeni inşa olunan idman obyektləri ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verir.

Xatırlatmaq lazımdır ki, hələ 2012-ci ildə “Eurovisionmusiqi yarışması və qadınlardan ibarət futbol komandalarının dünya çempionatı da Azərbaycanda yüksək səviyyədə təşkil edilmiş, ümumilikdə beynəlxalq ictimaiyyət Bakının yüksək təşkilatçılığına, müasir şəhər infrastrukturuna, qonaqpərvərliyinə heyran qalmışdı. Uğur estafeti davam edir: Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsinin 2014-cü il sentyabr ayının 19-da açıqladığı qərara əsasən Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər sırasına düşməsi son dərəcə sevindirici hadisədir. Qərara əsasən, Avropa çempionatının 4 oyunu (üç oyunbir 1/4 final oyunu) Bakıda keçiriləcək. Bundan başqa, Azərbaycan 2016-cı ildə Dünya Şahmat Olimpiadasını və “Formula-1” yarışlarını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını təşkil etməklə beynəlxalq idman dəyərlərini daha da zənginləşdirəcək.

2015-ci ilin iyun ayında keçiriləcək I Avropa Oyunlarında Avropa Olimpiya hərəkatının üzv-dövlətlərindən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı gözlənilir. Ümumilikdə, şəhərə 20 minədək turistin gələcəyi ehtimal edilir. Bu baxımdan möhtəşəm idman tədbirinin ölkəmizin turizm imkanlarının təbliği baxımından da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaratmışdır. Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rol oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizmin davamlı inkişafını təmin edir.

Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar və maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Xatırladaq ki, Dünya İqtisadi Forumunun dünya ölkələrinin turizm sahəsində rəqabət qabiliyyətinə görə tərtib etdiyi reytinq cədvəlində respublikamız 5 pillə irəliləyərək 78-ci yerdə qərarlaşıb. Dünya Turizm Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək xüsusən elektron viza sisteminə keçidi alqışlamışdır. Avropa Oyunlarına hazırlıqla əlqədar yeni viza sisteminə keçid bütövlükdə ölkəmizin turistlər üçün daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verəcək.

Azərbaycanda elektron viza sistemi 2013-cü ilin martından tətbiq olunmağa başlamışdır. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azalmasına, habelə vaxta qənaət edilməsinə şərait yaradır. Yeni Miqrasiya Məcəlləsində də turist vizalarının elektron formada verilməsini nəzərdə tutan bir sıra maddələr əksini tapmışdır. Mühüm yeniliklərdən biriturizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış yeni saytda (e-services.mct.gov.az) vətəndaşlara 12 növ elektron xidmət göstərilir. Hazırda əcnəbi turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr bron edə bilirlər və bu da mühüm irəliləyişlərdən sayılır.

Avropa Oyunları zamanı Bakıya 2 min nəfərədək jurnalistin gələcəyi gözlənilir və bu da ölkəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinin bir sıra Avropa şəhərlərində keçirdiyi təqdimatlar, Azərbaycan haqqında videoçarxların hazırlanması, baner və posterlərin quraşdırılması və s. addımlar təbliğati və siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Azərbaycan ilk Avropa Oyunlarında öz standartlarını tətbiq edəcək və bu sahədə ilkə imza atacaq: “Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdu. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 olimpiya medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdibu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açmışdı. İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə yanaşırıq. İlk oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək”.

İdman ölkəni tanıtmağın, populyarlaşdırmağın ən mühüm vasitələrindəndir. Azərbaycan dövlətinin üçrəngli bayrağını ucaldan, himnini səsləndirən hər bir idmançı dövlətimizin, xalqımızın qürurudur. Prezident İlham Əliyev bu reallıqları düzgün dəyərləndirən lider kimi bu gün Azərbaycan idmançılarına hərtərəfli dəstək verir, onların dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunmasına çalışır.

Əminik ki, ilk Avropa Oyunları ölkəmizin dünyadakı nüfuzunu daha da artıracaq, respublikamız bu möhtəşəm idman tədbirini yüksək səviyyədə keçirməklə, hansı iqtisadi, siyasi və mədəni potensiala malik olduğunu bir daha nümayiş etdirəcək. Ən başlıcası, Avropa Oyunlarının vətəni kimi tarixə öz adını ədəbi həkk edəcəkdir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2015.- 30 may.-  S.6.