Həm şərəflidir, həm də məsuliyyətli

 

- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilk növbədə xalqımızın imzasının imzalar içərisində olması, ikincisi isə müstəqil dövlətimizin qısa müddət ərzində inkişafı, Avropanın diqqətini çəkdiyinin göstəricisidir. Oyunlarla bağlı hazırlıq işləri paytaxımızın qədimliyini qoruyub saxlamaqla, simasına gətirdiyi yeniləşmə diqqəti cəlb edir: şəhərimiz müasirləşir, gözəlləşir. Tikilən yeni idman qurğuları  bu gözəlliyi bir qədər rəngarəngləşdirir.

Azərbaycan Prezidenti demişdir: “Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik”.

Artıq bütün dünya bilir ki,  mötəbər beynəlxalq tədbirlərin keçirilməsində təcrübəmiz var.  İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban  xanım Əliyevanın  bildirdiyi kimi, bu gün Azərbaycanda idmanın, Olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir: “Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub”.

Azərbaycanda idman infrastrukturunun qurulmasına modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə 40-dan artıq müasir olimpiya mərkəzi inşa edilib. Nəticədə idmanla məşğul olan, onu özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır.

Bakıda idmanın müxtəlif növləri üzrə Avropa dünya çempionatlarının həmişə yüksək səviyyədə təşkil edilməsi həm idmançılar, həm nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir.

Bütün bu amillər və idmançılarımızın uğurları, adıçəkilən sahəyə dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qəbul edilən qərarın əsasını təşkil edib. Bu oyunlar Avropa idmanı tarixində olduğu kimi, ölkəmizin də həyatında yeni səhifədir. I Avropa Oyunlarına ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də  məsuliyyətdir.

 

Xuraman QASIMOVA,

Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli xalq artisti

 

Azərbaycan. - 2015.- 30 may.- S.6.