Azərbaycanlılar bütün
sahələrdə özlərini layiqincə təqdim etməyi
bacarırlar
- Qarşıda bizi növbəti əlamətdar
və tarixi bir hadisə gözləyir.
Əlbəttə, belə
möhtəşəm beynəlxalq
tədbirlərin keçirilməsi
üçün
təcrübə lazımdır.
Elə bu istiqamətdə təcrübəyə
malik olduğumuzdan, rahatsızlığa
heç bir əsas yoxdur. “Bakı-2015”
I Avropa Oyunlarının
ölkəmizdə keçirilməsi
haqqında qərarın
qəbulundan çox keçməyib, lakin görülən hazırlıq
işləri bir
daha əminliklə deməyə əsas verir ki, Azərbaycan
bu dəfə də beynəlxalq tədbirə layiqincə ev sahibliyi edəcəyini
təsdiqləyəcək. Tədbirə belə hazırlıq xalqımızın
milli sərvətlərindən
biri olan özünəməxsus
qonaqpərvərliyini göstərir.
Təbii
ki, bu beynəlxalq tədbirin ölkəmizdə
yüksək səviyyədə
keçiriləcəyinə inam ilk növbədə dövlət başçısının
və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın məsələyə
ciddi münasibəti və hərtərəfli
dəstəklərinin nəticəsidir.
Bu isə xalqımızın
və dövlətimizin
nəinki Avropa miqyasında, əslində,
dünya arenasında özünə layiqli yer tutması, mövqeyinin bir daha və hərtərəfli möhkəmləndirilməsi
deməkdir. Azərbaycan
dövləti bu oyunlara ev sahibliyi
etməklə,
bir daha təsdiqləmiş olur ki, o, Cənubi Qafqazda təkcə söz sahibi kimi deyil, həm
də mədəniyyətlərin
qovuşduğu,
sabitliyin və əmin-amanlığın qorunduğu, xalqların tolerantlıq mühitində
birgəyaşayışının təmin edildiyi məkandır.
Məlumdur ki, mədəniyyət
və idman xalqları
bir-birinə yaxınlaşdıran
əsas amillərdəndir.
Bu mənada da xalqımız qarşıdan
gələn beynəlxalq
idman tədbirində özünü
layiqincə təmsil edəcək. Təbii ki, Avropanın bir hissəsi olan Azərbaycan qonaqlarını özünün
inkişaf göstəriciləri
ilə qarşılayacaq, uğurlarımız qardaş,
dost xalqları sevindirəcək,
bədxahlarımızı isə, əlbəttə,
məyus edəcək.
Mədəniyyət və incəsənət sahəsində ça
lışan həmkarlarımız da bu möhtəşəm
tədbirə ciddi hazırlaşırlar.
Biz bütün sahələrdə
özümüzü layiqincə təqdim
edəcəyik. Buna həm
yaradılmış münbit şərait,
həm də mənəvi sərvətlərimizin zənginliyi
əsas verir. Üçrəngli
bayrağımızın qaliblər sırasında
dalğalanacağına isə, əlbəttə, şübhə
ola bilməz!
Laləzar MUSTAFAYEVA,
xalq artisti
Azərbaycan. - 2015.- 30 may.- S.6.