Multikulturalizm Mərkəzi Berlində beynəlxalq elmi konfrans keçirib
Berlinin Brandenburq Elmlər Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Almaniya-
Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı
səfirliyi və
Berlin Humboldt Universitetinin təşkilatçılığı
ilə “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və
gələcəyin cəmiyyət
modeli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, BBMM-in Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev “Multikultural təhlükəsizlik və
onun əsas prinsipləri” mövzusunda
çıxış edib
və multikultural təhlükəsizlik anlayışının
multikulturalizmin dövlət
siyasətinə dair istiqamətində yer aldığını və
ölkənin milli təhlükəsizliyi kontekstində
mühüm yer tutduğunu vurğulayıb.
Akademik Kamal Abdullayev bildirib ki, multikultural
təhlükəsizlik milli
təhlükəsizliyin vacib
komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni
anlayış ölkə
daxilində multikulturalizm
situasiyasını siyasi
dayanıqlığın təminatçısı
qismində nəzərdə
tutur. Başqa sözlə desək,
dövlət çoxmədəniyyətlilik
mühitinin özündə
maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik
əleyhinə yönəlik
bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin
olaraq şərtləndirən
prinsip vahid dövlətdə yaşayan
müxtəlif etnik, dini, sosial, siyasi,
iqtisadi, nəsillərarası
təbəqələşmələrin yaratdığı multikultural
situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidir.
Əlbəttə, bu situasiyanın
əsas qaynağı
etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini
icmaların birgəyaşayış
maraqlarının təmin
edilməsinə yönəldilir
və söhbət
ilk növbədə bu
maraqların vahid dövlət maraqları ilə uzlaşdırılmasından
gedir.
Akademik qeyd edib ki, dünyada
multikulturalizm modellərinə
dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik
paradiqması önəmli
yer tutur. Azərbaycanda multikultural təhlükəsizliyin
harmonik vəhdətdə
biri digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən
sığortalamağa imkan
verir. Həm də elə
bir zamanda ki, ölkənin ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı
altında qalmaqdadır.
Bu da simvolikdir
ki, işğalçı
dövlət həm də multikulturalizmin düşmənidir. O mənada
ki, Ermənistan hələ sovet dövründən etibarən
qeyri-erməni etnik qruplarını ərazisindən
çıxara-çıxara nəticədə monoetnik
tərkibli bir dövlətə çevrilib.
Bu keyfiyyətdə də qonşularına qarşı sərgilədiyi
aqressiyasına görə
bölgədə sülhə
və təhlükəsizliyə
təhdid mənbəyi
olaraq qalmaqdadır.
Multikultural təhlükəsizlik prinsiplərinin imkanları
təkcə ayrılıqda
götürülmüş bir ölkənin inkişafını təmin
etməklə bitmir.
Multikultural təhlükəsizlik paradiqması dünyada gedən proseslərin fonunda potensial olaraq elə bir nümunəverici siyasi mahiyyət kəsb etməyə başlayır ki, bu, beynəlxalq münasibətlərin demokratikləşməsinə
də, dövlətlərarası
inteqrasiya proseslərinin
güclənməsinə də
töhfə verə bilər.
Beynəlxalq konfransda Berlin Humboldt Universitetinin professoru Eva-Maria
Aux “Azərbaycan multikulturalizmi:
tarixi təcrübələr
və gələcəyin
cəmiyyət modeli”,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Azad Məmmədov “Azərbaycanın
real siyasətinin nəticəsi
olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması”,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Səyavuş Heydərov “Sülh içində birgə yaşam ənənəsi üçün
multikulturalizmdə tolerantlıq
anlayışı: Azərbaycan
modeli” və AMEA-nın Əlyazmalar İnstitutunun şöbə
müdiri Möhsün
Nağısoylu “Azərbaycan
multukuturalizminin ədəbi
mənbələri” mövzularında
məruzələrlə çıxış
ediblər.
Azərbaycanın Almaniyadakı səfiri
Pərviz Şahbazov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri
Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin
Bakı və Xəzəryanı Yeparxiyası
pravoslav dini təşkilatının nümayəndəsi
Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini Fuad Nurullayev, Almaniya Xarici İşlər Nazirliyinin
nümayəndəsi Cord Meier-Klodt, Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer məruzələr ətrafında
çıxış ediblər.
Konfransa Almaniyadan
elmi, siyasi dairələrin
nümayəndələri və media təmsilçiləri
də qatılıblar.
Azərbaycan. - 2015.- 30 may.- S.9.