Qubanın istirahət mərkəzləri
mövsümə hazırdır
Azərbaycan lap qədimdən coğrafi mövqeyi, füsunkar təbiəti və insanlarının qonaqpərvərliyi ilə çoxlarının diqqətini özünə cəlb edib. Bunun nəticəsidir ki, dünyanın ən məşhur səyyahlarının gündəliklərində Azərbaycandan, onun təbiət gözəlliklərindən, maddi mədəniyyət abidələrindən, təbii sərvətlərindən geniş söz açılır. Böyük İpək yolunun keçdiyi əsas ərazilərdən olduğu üçün də Azərbaycana tarixən diqqət kifayət qədər yüksək olub.
Son illər qeyri-neft
sektoru, o cümlədən
turizm inkişaf edib. Turizm sahəsində infrastruktur
layihələrin gerçəkləşdirilməsi
əcnəbilərin Azərbaycana
olan marağını
daha da yüksəldib.
Artıq
sürətlə inkişaf
etdiyi üçün
Azərbaycanda turizm brendi formalaşır.
Azərbaycanın şimal rayonları arasında zəngin flora və faunaya, əsrarəngiz təbiətə
malik olan Quba isə turistlərin
ən çox maraq göstərdiyi rayonlardan biridir. Bu yerlər təkcə təbii gözəllikləri
ilə yox, həm də qədim tarix-mədəniyyət
abidələri, sənətkarlıq
nümunələri ilə
məşhurdur. İnsanı valeh edən meşələrlə örtülü
dağların qoynunda
yerləşən istirahət
mərkəzləri, şəlaləli
çaylar, soyuq bulaqlar təbiət vurğunlarının, turistlərin
ən çox xoşladıqları məkanlardandır.
İstər isti yay günlərində, istərsə
də şaxtalı, qarlı qışda Qubanın qonağı əksilməz. İsti aylarda
gün düşməyən
meşələri, qışda
qara bürünmüş
dağ və dərələri bura yolu düşənləri
ovsunlayır, onları
təkrar-təkrar bu füsunkar diyara gəlməyə səsləyir.
Dövlət tərəfindən də
rayonda turizmin inkişafına böyük
diqqət göstərilir. Quba Olimpiya
İdman Kompleksi, digər əyləncə
mərkəzləri, Xınalıq
kəndinə çəkilən
yol məhz bu diqqətin təzahürləridir.
Bu gün Qubanın
istirahət mərkəzlərində
onlarla turizm mütəxəssisi çalışır. Quba Rayon Mədəniyyət
və Turizm İdarəsində ixtisaslı
gənclərin işlə
təmin olunmasına xüsusi diqqət var. İşlə təmin olunan gənclər arasında xarici dilləri bilənlər çoxdur. Gənclər rus dili ilə yanaşı, ingilis dilinə də maraq göstərirlər.
Bilirlər ki, işə
götürüləndə bu, onlara əlavə
üstünlük verir.
Məlumdur ki, turist həm
də informasiya daşıyıcısıdır. O, səfər
etdiyi ərazilərin
təbiəti, tarixi abidələri barədə
ölkəsinə informasiya
aparır. İstirahət zamanı qarşılaşdığı,
yaxud heç vaxt rast gəlmədiyi
qeyri-adi nə varsa yaddaşında saxlayan turist özündən sonra həmin yerlərə yeni səfərin səbəbkarına çevrilir.
Bu mənada qonaqların,
xüsusən əcnəbi
turistlərin Qubadan apardıqları təəssüratlar
çoxdur.
Onu da qeyd edək
ki, hər il turizm
mövsümünün başlanması
ərəfəsində rayon mədəniyyət və
turizm idarəsinin əməkdaşları istirahət
mərkəzlərində olur,
onların mövsümə
hazırlıqlarını yoxlayırlar. İdarənin
əməkdaşları deyirlər
ki, ötən il yaradılan
kurslarda təcrübə
toplayan gənclərin
bir qismi artıq müasir xidmət qaydalarını
mənimsəmişlər.
Qubanın girəcəyində inşa
edilən möhtəşəm
Heydər Əliyev seyrəngahında hər gün xarici turistlərlə rastlaşmaq
mümkündür. Buradakı Heydər
Əliyev və Gənclər mərkəzləri,
Yaşıl teatr, əzəmətli musiqili fontan qonaqların yaddaşında dərin izlər buraxır. Seyrəngahda
müxtəlif ədəbi-bədii
tədbirlər də
keçirilir. Həmin tədbirlərdə
Azərbaycanın tanınmış
şairlərinin şeirlərindən
parçalar oxunur, yazıçıların əsərlərindən
səhnələr göstərilir,
konsert proqramları təşkil edilir. Bu proqramlarda dünyanın
musiqi korifeylərinin
- Şopenin, Dvorjakın,
Baxın, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin əsərləri
də səsləndirilir.
Axşamlar isə xüsusi
viktorinalar olur.
I Avropa Oyunlarının
keçirilməsi ilə
bağlı Azərbaycana
turist axını gözlənilir. Qubanın əlaqədar təşkilatları
bu möhtəşəm
tədbirə xüsusi
hazırlaşıblar. Bütün istirahət mərkəzlərinin
avadanlıqları dəyişdirilib,
müasir standartlara uyğun xidmət qaydaları müəyyənləşdirilib.
Bir sözlə, turizm obyektləri yollarını
Qubaya salacaq qonaqlar üçün tam
hazırdır.
Akif ƏLİYEV
Azərbaycan. - 2015.- 30 may.- S. 10.