Fövqəladə hallar
naziri Siyəzəndə vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyəsinə uyğun olaraq
fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov mayın 29-da Siyəzən şəhərindəki
Mədəniyyət Mərkəzində şimal bölgəsindən
olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Bundan başqa, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Kadr məsələləri ilə bağlı 183, digər məsələlərlə əlaqədar müraciət etmiş 65 vətəndaş isə nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər aidiyyəti orqanlara
çatdırılması üçün
qeydiyyata alınıb.
Azərbaycan. - 2015.- 30 may.- S. 10.