Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, mayın 29-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin, tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri görüşdə cənub bölgəsinin rayonlarında yaşayan 60-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometrologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir H.Bağırov şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub.

Araşdırılmasına ehtiyac olan müraciətlər isə nazirliyin idarə və təşkilatları tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

 

Azərbaycan. - 2015.- 30 may.- S. 10.