Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu il BMT 70 illiyini
qeyd edir. Bu, bizdə quruculuq
işlərinə dair
öhdəliyimizi yeniləmək,
sülh, inkişaf və insan hüquqları
ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti
yaradır. Əminəm ki, bizim sabit
inkişafla bağlı
birgə səylərimiz
bütün dünyanın
mənafeyinə əhəmiyyətli
və davamlı töhfə verəcək.
Hər bir ölkə bizim birgə səylərimizə
özünəməxsus töhfə
verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə
arxalanmağa davam edəcəyəm. Ümumi
məqsədlərdə inkişafa
yalnız birgə səylərlə nail olmaq
mümkündür.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Pan Gi MUN,
BMT-nin Baş katibi
Azərbaycan. - 2015.- 31 may.- S.2.