Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
İtaliya xalqı adından və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzulayıram.
İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar.
Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir.
Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm.
Hörmətlə,
Sergio MATTARELLA,
İtaliya Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 31 may.- S.2.